
Rusiyanın Xəzər donanmasının gəmiləri bu il Azərbaycana
və İrana gələcək.
Publika.az Rusiya mediasına istinadən xəbər verir
ki, hərbi donanmanın kontr-admiralı İqor Osipov ilin ikinci
yarısında hərbi gəmi qruplarının İranın Bender-Ənzəli, Qazaxıstanın
Aktau, həmçinin, “Adeks-2016” beynəlxalq hərbi dəniz sərgisində
iştirak üçün Azərbaycanın Bakı limanına baş çəkəcəyini
açıqlayıb.
“Qazaxıstan və Rusiya hərbi donanmaları bu il “Qafqaz-2016” hərbi
təlimi də keçəcək”, - deyə kontr-admiral vurğulayıb.
Asif