ABŞ Azərbaycana 1,3 milyard dollar yardım edib
Bizi izləyin

Nida.az

ABŞ Azərbaycana 1,3 milyard dollar yardım edib

“ABŞ 1992-ci ildən bəri Azərbaycana 1,3 milliard dollar yardım edib və bu sahədə işlər davamlı inkişaf etdirilir”.

Publika.az xəbər verir ki, bu barədə Amerikanın Azərbaycandakı səfiri Robert Sekuta deyib.

“Amerikanın Azərbaycanla bağlılığı yalnız hökumət ilə əməkdaşlıqla məhdudlaşmır. ABŞ şirkətlərinin fəaliyyəti və maraqları firavanlığın və sabitliyin inkişafında və həmçinin bizim dostluğumuzun gücləndirilməsində böyük rol oynayıb. Keçən il ABŞ-ın 14 böyük şirkətinın nümayəndələrindən ibarət olan ticarət missiyasının Azərbaycana uğurlu səfəri Azərbaycanın iş dairələri ilə əlaqələrin yaradılmasına və dövlətlər arasında olan vacib iqtisadi əməkdaşlığın daha da güclənməsinə təkan verib. Azərbaycanda çoxsaylı Amerika şirkətləri fəaliyyət göstərərək iqtisadiyyata təkan verir və yeni iş yerləri yaradır”, - səfir vurğulayıb.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm