Komitə sədri: "Büdcə daxilolmalarında əsas rolu bu qurumlar oynayacaq"
Bizi izləyin

Nida.az

Komitə sədri: "Büdcə daxilolmalarında əsas rolu bu qurumlar oynayacaq"

“Neftin qiymətinin düşməsi tədiyyə balansında problemlər yaradıb. Manatın devalvasiyası, neftin ucuzlaşması büdcəyə yenidən baxılmasını zəruri edib”.

Publika.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin sədri Ziyad Səmədzadə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Qanununun layihəsinin müzakirəsi zamanı bildirib.

Deyib ki, son bir ildə dünyada neftin qiymətinin 4 dəfə düşməsi Azərbaycan iqtisadiyyatından da yan keçməyib: “Qlobal iqtisadi proseslər Azərbaycanın iqtisadi inkişafına da təsirsiz ötüşmür. Baş verən proseslər də ölkənin valyuta daxilolmalarının kəskin azalmasına və tədiyyə balansında mənfi saldonun yaranmasına səbəb olur. Dünya bazarında neftin qiymətinin dəfələrlə aşağı düşməsi, eləcə də bir çox ölkələrdə baş verən hadisələr Azərbaycan iqtisadiyyatına da bu və ya digər şəkildə təsir edir. Bununla belə, Azərbaycan hökuməti müxtəlif tədbirlər görür ki, mövcud iqtisadi çətinlikdən maksimum az itki ilə çıxsın. Belə tədbirlərdən biri də Prezident İlham Əliyev tərəfindən Milli Məclisə göndərilən 2016-cı ilin dövlət büdcəsi haqqında Qanuna dəyişikliklər edilməsi barədə sənəddir”.

Komitə sədri bildirib ki, 2016-cı ilin büdcəsinin gəlirlərinin artırılması nəzərdə tutulub. Büdcə daxilolmalarında əsas rolu Vergilər Nazirliyi və Gömrük Komitəsi oynayacaq: “Son illər büdcə gəlirlərinin formalaşmasında Vergilər Nazirliyinin xətti ilə yığılan daxilolmalar Neft Fondundan transfertləri çıxsaq, 83 faiz təşkil edir. Gömrük Komitəsindən də daxilolmalar az deyil”.

Z.Səmədzadənin sözlərindən bəlli olur ki, büdcənin xərcləri də artıb. Sosial yönümlü xərclər bütün istiqamətlərdə artırılıb. Sosial müdafiə və sosial təminat xərcləri 2.698.760.194,0 manat nəzərdə tutulub.

Əsaslı xərclərlə cari xərclərin büdcədə payı dəyişib. Cari xərclərin payı 65 faiz olub. Növbəti illərdə əsaslı xərcləri də artırılacaq.

Millət vəkili büdcənin kəsirinə də toxunub. Deyib ki, böhran şəraitində Azərbaycan yeganə ölkədir ki, büdcə kəsiri 2,9 faiz təşkil edir".

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm