Nida.az
CAR-da Xocalı qurbanlarının xatirəsi anılıb - FOTOLAR
Fevralın 26-da Azərbaycan Respublikasının Cənubi Afrika Respublikasındakı Səfirliyində Xocalı soyqırımının 24-cü ildönümü münasibətilə foto-sərgi keçirilib.
Səfirlikdən Publika.az-a verilən məlumata görə, səfirliyin həyətyanı sahəsində təşkil edilmiş foto-sərgidə Heydər Əliyev Fondu tərəfindən hazırlanmış, Xocalıda mülki Azərbaycan əhalisinə qarşı törədilmiş cinayətlər və soyqırımı qurbanlarının əks olunduğu fotoşəkillər və çap materialları nümayiş etdirilib.
Gün ərzində tədbirdə CAR ictimai-siyasi dairələrinin, diplomatik korpusun, kütləvi informasiya vasitələrinin, müxtəlif icma təşkilatlarının nümayəndələri, habelə 2013 və 2014-cü illərdə keçirilmiş “Mən Azərbaycan haqqında nə bilirəm?” inşa müsabiqəsinə qatılmış tələbələr və yerli əhali iştirak ediblər.
Tədbir iştirakçılarına 1992-ci ilin 25-26 fevral tarixlərində Xocalı şəhərində ermənilər tərəfindən xüsusi amansızlıqla törədilmiş soyqırımı, onun beynəlxalq aləmdə tanıdılması istiqamətində Azərbaycan tərəfindən görülmüş işlər, həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası barədə məlumat verilib.
Bununla yanaşı, yerli jurnalist Simone Heradien tərəfindən Dağlıq Qarabağ münaqişəsi, Xocalının tarixi, soyqırım zamanı erməni işğalçı qüvvələri tərəfindən törədilmiş vəhşiliklər və CAR tarixində aparteid zamanı bənzər Mamelodi qırğını haqda yazılmış məqalə tədbir iştirakçılarına paylanıb.
Habelə, Xocalı soyqırımı və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı kitablar, jurnallar və digər müxtəlif illüstrativ materiallar sərgi iştirakçılarına təqdim edilib.
Tədbir yerli kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılıb.
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər