Nida.az
Mümkün təhlükələrə qarşı Bakının Mərkəzi Avropa açılımı
Macarıstanın baş naziri Viktor Orbanın Bakı səfəri
əsasən iqtisadi sferada əməkdaşlıqla müşahidə olundu. Bakıda
keçirilən Azərbaycan-Macarıstan biznes forumu da bu baxımdan diqqət
çəkən idi.
Biznes forumda rəsmi şəxslərlə yanaşı, Azərbaycan və Macarıstanın
sənaye, kənd təsərrüfatı, İKT, tikinti, enerji, turizm, əczaçılıq,
təhsil, aviasiya, konsaltinq və digər sahələrdə fəaliyyət göstərən
200-dən çox iş adamı iştirak edib. Biznes forum çərçivəsində
Azərbaycanın “RR Şirkətlər Qrupu” və Macarıstanın “Project Service
Venture” şirkəti, Azərbaycanın “Sinam” və Macarıstanın “Toll
Service” şirkəti, yerli “Komtec” şirkəti ilə Macarıstanın “European
Parking System” şirkəti, Azərbaycanın “East Stream” və Macarıstanın
“Umirs Europe” şirkətləri arasında əməkdaşlığa dair anlaşma
memorandumları imzalanıb.
Azərbaycan Prezidenti İlham Əliyevlə Macarıstan baş naziri Viktor
Orban mətbuata birgə bəyanatda ikitərəfli münasibətlərə toxunulub.
Hər iki ölkənin lideri ikitərəfli əməkdaşlığın perspektivləri və
potensial sahələr haqda danışıb.
Hesab etmək olar ki, bu səfərdən sonra macar iş adamlarının
Azərbaycana kapital yatırımı genişlənəcək. Macarıstanın “Exim Bank”
iki ölkənin iş adamları arasında biznes əlaqələrinin inkişafına 200
milyon dollar ayırması da buna nümunə ola bilər.
“2014-cü ilin sonunda mən Macarıstana səfər edərkən biz
Sizinlə strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalamışıq.
Bu, özlüyündə bir göstəricidir. Bu, onu göstərir ki, bizim
əlaqələrimiz strateji xarakter daşıyır. Bizim görüşlərimiz də
müntəzəm olaraq keçirilir. Siyasi əlaqələrin yüksək səviyyədə
olması bütün başqa sahələrə də müsbət təsir göstərir. Biz
beynəlxalq təşkilatlarda uğurla fəaliyyət göstəririk. Macarıstan
Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrində çox müsbət və fəal
rol oynayır. Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələr
uğurla inkişaf edir və əminəm ki, gələcəkdə Macarıstan bu
əlaqələrin inkişafını daim dəstəkləyəcəkdir”,- deyən
Prezident İlham Əliyev mətbuata bəyanatla çıxış edərkən,
Azərbaycan-Macarıstan siyasi əlaqələrini xüsusi vurğulayıb.
Macarıstanın Baş naziri Viktor Orban isə diqqətə çatdırıb ki, son
2-3 il ərzində Azərbaycanın mövqeləri, çəkisi gözəçarpan dərəcədə
artırıb: “Bu gün Avropa İttifaqına gəldikdə, biz həmin
perspektivdən Azərbaycana baxdıqda sabit, uğurlu inkişafını təmin
etmiş ölkəni görürük. Bu da Şərq ilə Qərb arasında uzunmüddətli
əməkdaşlığa verdiyiniz töhfənizlə bağlıdır. Biz elə bir ölkə
görürük ki, onun çox zəngin milli mənəvi ənənələri var. Bununla
belə, bu ölkə, eyni zamanda, Avropa dəyərlərinin xüsusi
elementlərini də nəzərdən keçirir. Bu, əvəzedilməz bir
zənginlikdir. Məhz bu səbəblərə görə son 2-3 il ərzində ölkənizin
nüfuzu artıb”.
Ekspertlər Orbanın Bakı səfərinin iki ölkə arasında qeyri-neft
sektoru sahəsində əməkdaşlığı təşviq edəcəyini düşünür. Əslində
səfərin ana xəttində iqtisadi əməkdaşlığın olması da təsadüfi
deyildi.
Mərkəzi Avropada Bakıya qarşı mümkün təhlükəli
ehtimallar
Lakin burada rəsmi Bakının uzaq perspektivə hesablanan addımı da
diqqətdən yayınmır. Belə demək mümkünsə Azərbaycan Mərkəzi Avropada
qarşısına çıxa biləcək maneələri öncədən dəf edir.
Əslində Prezident İlham Əliyevin Orbanla görüşdə Cənub Qaz Dəhlizi
layihəsini və bu günlərdə layihənin Məşvərət Şurasının ikinci
toplantısının keçirilməsini xatırlatması təsadüfi deyildi. Hesab
etmək olar ki, rəsmi Bakı Avropanın enerji təhlükəsizliyinə kapital
yatırmasını və Azərbaycanın bu prosesdə yeganə alternativ mənbə
olmasını bilərəkdən vurğulayır.
Çünki Macarıstan hökuməti Avropada çox az olan Rusiya yönümlü
hökumətlərdən biridir. Moskvanın “Türk axını” layihəsinin rus
qazını daşıyacağı məkanlardan biri də məhz Macarıstan idi. Belə ki,
ruslar qazı Yunanıstana, oradan Makedoniya və Serbiyaya, daha sonra
isə Macarıstan və Avstriyaya çıxarmağı planlaşdırırdı. Bu Brüsselin
iradəsinin əksinə olsa da, həmin ölkələr Ukrayna marşrutunun təxirə
düşməsi ilə üzləşdikləri təbii qaz problemini bu cür həll etməyi
düşünürdü. Digər tərəfdən, Macarıstan da daxil olmaqla həmin
ölkələrin hökumətlərini Kremlə sıx tellər bağlayırdı. Lakin
Vaşinqtonun hərəkətə keçməsi ilə Mərkəzi Avropa “rəngli
inqilablarla” qarşılaşdı və bir sıra səbəblərə görə geri
çəkildi.
“Türk axını” layihəsi Rusiya-Türkiyə münasibətlərinin pisləşməsi
ilə arxivə göndərilmiş hesab oluna bilər. Amma bəzi ekspertlər,
xüsusilə rusiyalı analitiklər bu layihəyə ümidini itirməyib. Yəni
gələcəkdə Rusiya qazının başqa ad altında olsa da Macarıstanın da
daxil olduğu bu marşrutla Avropa bazarına çıxışı ehtimalı
qalmaqdadır. Bunun Azərbaycanın maraqlarına qarşı olduğu da artıq
şübhəsizdir. Bu ehtimallar fonunda Macarıstan-Azərbaycan
əlaqələrinin daha da inkişaf etməsi Bakı üçün vacib elementdir.
Görünür, rəsmi Bakı gələcək təhlükəli ehtimalları indidən dəf
edir.
Asif
-
Magazin109:00
Əməkdar artistin nəvəsi ilə MARAQLI VİDEOSU
-
ABŞ08:12
1 dollara satılan Panama kanalı - Tramp onu GERİ QAYTARACAQ
-
Magazin105:45
Bu da Röya Ayxanın "Qızı" - VİDEO
-
Magazin201:41
Məşhur müğənnidən büstqaltersiz dərin dekolteli FOTOLAR
-
Hadisə00:30
Azərbaycanda toy evində KÜTLƏVİ DAVA - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Bu səhvi etsəniz, sevgilinizlə münasibətiniz çətinləşəcək
-
Magazin221 Dekabr 23:12
İş adamı Dubayda görün kiminlə ailə qurdu - FOTO
-
Sosial21 Dekabr 22:00
Sumqayıtlı gəncə yüksək VƏZİFƏ VERİLDİ