Nida.az
İlham Əliyev görüşlər keçirir (YENİLƏNİB)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 10-da IV Qlobal Bakı Forumunda iştirak edən Bolqarıstan Prezidenti Rosen Plevneliyev ilə görüşüb.
Görüşdə ikitərəfli əlaqələrin hazırkı səviyyəsindən, son illərdə ölkələrimiz arasında münasibətlərin yüksələn xətlə inkişaf etməsindən və strateji tərəfdaşlıq səviyyəsində olmasından məmnunluq ifadə edildi. Sərmayə qoyuluşu, enerji, əczaçılıq və digər sahələrdə əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparıldı. Azərbaycan-Avropa İttifaqı əlaqələrinin inkişafından məmnunluq bildirildi və Bolqarıstanın bu münasibətlərin daha da genişləndirilməsinə öz töhfəsini verməyə hazır olduğu vurğulandı.
Görüşdə IV Qlobal Bakı Forumunun əhəmiyyəti xüsusi qeyd edildi, səmərəli müzakirələrin aparılması üçün tədbirin yaxşı imkan yaratdığı bildirildi. Diqqətə çatdırıldı ki, Forumun gündəliyində duran məsələlər aktualdır və beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından xüsusi önəm daşıyır.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 10-da Polşanın sabiq Prezidenti Bronislav Komorovskini qəbul edib.
Görüşdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən IV Qlobal Bakı Forumunun əhəmiyyətindən danışıldı, yüksək səviyyədə təşkil edilən tədbirin ölkələrarası əməkdaşlığın genişləndirilməsi baxımından rolunun getdikcə daha da artdığı bildirildi. Qeyd olundu ki, dünyanın tanınmış siyasətçilərinin və nüfuzlu ekspertlərin beynəlxalq aləmdə baş verən hadisələri müzakirə etmələri baxımından Forum çox yaxşı fürsətdir.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 10-da İsrailin sabiq xarici işlər naziri Tsipi Livnini qəbul edib.
Görüşdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə IV Qlobal Bakı Forumunun yüksək səviyyədə keçirilməsinin önəmi vurğulandı. Forumun artıq ənənə halı aldığı və tədbirə olan beynəlxalq marağın ildən-ilə daha da artdığı məmnunluqla qeyd edildi.
Söhbət zamanı müasir dünyada bu cür forumların keçirilməsinin beynəlxalq məsələlər ətrafında geniş fikir mübadiləsinin aparılması baxımından xüsusi önəm daşıdığı bildirildi.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 10-da Gürcüstanın Prezidenti Giorgi Marqvelaşvili ilə görüşüb.
Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulandı. Yüksək səviyyəli görüşlər zamanı əldə olunan razılaşmaların və qəbul edilən qərarların icrasının əlaqələrimizin daha da möhkəmləndirilməsi işinə xidmət etdiyi bildirildi. Ölkələrimiz arasında həyata keçirilən qlobal layihələrin regional əməkdaşlığın genişləndirilməsi baxımından da önəmi qeyd edildi. Azərbaycan-Gürcüstan dostluq və yaxın qonşuluq münasibətlərinin qədim tarixə və ənənəyə malik olduğu bildirildi, strateji dostluq əlaqələrimizin bundan sonra da genişləndirilməsi üçün yaxşı imkanların mövcudluğu vurğulandı.
Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili bu səfəri zamanı da Azərbaycanda gedən inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını qeyd etdi.
Söhbət zamanı Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi IV Qlobal Bakı Forumunun yüksək səviyyədə keçirildiyi bildirildi. Bu tədbirin beynəlxalq və regional məsələlərin müzakirəsi üçün yaxşı fürsət yaratdığı qeyd olundu, ölkələr arasında əməkdaşlıq əlaqələrinin inkişafı baxımından Forumun mühüm əhəmiyyət daşıdığı vurğulandı.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 10-da Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Mladen İvaniçi qəbul edib.
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Mladen İvaniç ölkəmizə əvvəlki səfərlərini, Bakıda birinci Avropa Oyunlarının açılış mərasimində iştirakını və Prezident İlham Əliyev ilə keçirdikləri görüşləri xatırladı. Dördüncü Qlobal Bakı Forumunda iştirakından məmnunluğunu ifadə edən Mladen İvaniç hazırda bütün dünya ölkələrinin tamamilə yeni çağırışlarla üzləşdiyini, tədbirin bu məsələləri müzakirə etmək üçün yaxşı fürsət yaratdığını qeyd etdi.
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Mladen İvaniç ilə görüşlərini xatırlayan dövlətimizin başçısı bu səfərlərin əməkdaşlığımızın yaxşı göstəricisi olduğunu vurğuladı. Dördüncü Qlobal Bakı Forumunun beynəlxalq əhəmiyyətinin hər il daha da artdığını deyən Prezident İlham Əliyev tədbirin ümumi maraq doğuran bir çox məsələlərin müzakirəsi baxımından önəmini qeyd etdi.
Görüşdə ölkələrimiz arasında bir sıra sahələrdə əməkdaşlığa dair məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 10-da Makedoniya Respublikasının Prezidenti George İvanov ilə görüşüb.
Görüşdə Prezident George İvanovun ölkəmizə səfərinin Azərbaycan ilə Makedoniya arasında ikitərəfli əlaqələrin müzakirəsi üçün yaxşı imkan yaratdığı bildirildi.
Söhbət zamanı Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin rolunun mühüm əhəmiyyət daşıdığı vurğulanaraq, IV Qlobal Bakı Forumunun artıq dünya əhəmiyyətli aparıcı tədbirlərdən birinə çevrildiyi məmnunluqla qeyd olundu. Forumun proqramının geniş sahələri əhatə etdiyi, siyasi, iqtisadi, enerji, təhlükəsizlik və dünyanın diqqət mərkəzində olan digər məsələlərin müzakirəsi baxımından əhəmiyyətli olduğu bildirildi.
Görüşdə, həmçinin iki ölkə arasında dostluq və əməkdaşlıq əlaqələrinin müxtəlif sahələrdə, o cümlədən energetika sektorunda hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 10-da Albaniya Respublikasının Prezidenti Buyar Nişani ilə görüşüb.
Dördüncü Qlobal Bakı Forumunun artıq böyük beynəlxalq tədbirə çevrildiyini deyən dövlətimizin başçısı toplantıda getdikcə daha çox nüfuzlu qonağın iştirak etməsini məmnunluqla qeyd etdi.
Prezident İlham Əliyevə IV Qlobal Bakı Forumuna dəvətə görə minnətdarlığını ifadə edən Albaniya Prezidenti Buyar Nişani tədbirin müxtəlif ölkələrdən olan nümayəndələrin bir araya gələrək dünya dövlətlərinin üzləşdiyi bir sıra mühüm məsələlərlə bağlı fikir mübadiləsi aparması üçün yaxşı fürsət yaratdığını vurğuladı. Ölkələrimiz arasında yaxın dostluq və tərəfdaşlıq münasibətlərinə toxunan Buyar Nişani əməkdaşlığımızın bütün sahələrdə daha da möhkəmləndirilməsi üçün yaxşı imkanların olduğunu dedi. Əlaqələrimizin inkişafına verdiyi dəstəyə və ölkəsinə göstərdiyi dost münasibətinə görə şəxsən Prezident İlham Əliyevə təşəkkürünü bildirən Buyar Nişani Albaniyanın Azərbaycan ilə əlaqələrin inkişafında maraqlı olduğunu vurğuladı. Albaniya ilə Azərbaycanın tarixində oxşarlıqların olduğunu deyən Buyar Nişani hər iki ölkənin bir sıra mühüm məsələlərin həlli istiqamətində birgə fəaliyyətinin önəmini qeyd etdi. Azərbaycanın qısa zaman ərzində sürətli inkişafa nail olduğunu vurğulayan ali qonaq bunun region və eləcə də digər ölkələr üçün nümunə ola biləcəyini qeyd etdi. Buyar Nişani Prezident İlham Əliyevin TAP da daxil olmaqla bir sıra mühüm layihələrə verdiyi dəstəyi yüksək qiymətləndirdi. Ali qonaq bu layihənin nəinki iştirakçı dövlətlər, bütün Avropa üçün mühüm əhəmiyyət daşıdığını dedi.
-
Sosial20:24
Polkovnik Fuad Qasımova yüksək VƏZİFƏ VERİLDİ
-
Magazin120:00
Pərvin Abıyeva mini ətəkdə - FOTOLAR
-
Sosial19:24
İki yaşayış məntəqəsi QASIZ QALACAQ
-
Nəqliyyat19:12
Yüksək vəzifədən azad edilən Zaur Hüseynovdan İLK AÇIQLAMA
-
Avropa17:20
Fitso Putinlə görüşə gedir, vəziyyət çətinləşir - Aİ necə reaksiya verəcək?
-
Kriminal16:40
Bakıda evakuator sürücüsündən şok əməl: 15 yaşlı qızı hotelə apardı, 6 gün ərzində...
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir