Nida.az
Viktor Yuşşenko: “Rusiya olmasaydı, Qarabağ münaqişəsi çoxdan həll olunardı”
“Avropada 7 münaqişə var ki, onun 6-sı Şərqi Avropadadır. Bütün bu münaqişələr etnik deyil, hamısı geosiyasi məqsədlər daşıyan münaqişələrdir”.
Publika.az xəbər verir ki, bu sözləri Qlobal Bakı Forumunda çıxışı zamanı Ukraynanın sabiq prezidenti Viktor Yuşşenko bəyan edib.
Sabiq prezident bildirib ki, bu münaqişələr yalnız Rusiya qoşunları həmin regionlardan çıxarıldığı təqdirdə həll oluna bilər: “Bunun üçün də Avropa ölkələri Rusiyanın münaqişə yaratmaq siyasətinə qarşı birgə əməkdaşlıq etməlidir”.
V.Yuşşenko deyib ki, Dağlıq Qarabağ münaqişəsinin indiyədək həll olunmamasının əsas səbəbi Rusiya ilə bağlıdır: “Əgər Rusiya amili olmasaydı, Qarabağ münaqişəsi çoxdan həll olunardı. Bəlkə də, heç bu münaqişə ümumiyyətlə mövcud olmazdı. Bu münaqişəni yaradan da, alovlandıran da Rusiya olub. Sonradan Rusiya bu siyasətini Krımda təkrarladı. Hesab edirəm ki, həm Krım, həm də Qarabağ problemi dünya üçün dərs olmalıdır”.
Vasif Həsənli
-
Art01:11Prezidentin qızları və gəlini "Gülçöhrə və Əsgər" tamaşasının premyerasında - FOTO
-
İdman00:45Şahruddin tənqidlərə cavab verdi: “Dili mükəmməl bilməsəm də...”
-
İdman00:15Millimiz Avropa çempionatının seçmə mərhələsində QƏLƏBƏ AZANDI
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bu, çox şeyi dəyişdirəcək
-
Art18 Noyabr 23:24“Atam sonuncu dəfə əlimi sıxdı, alnımdan öpdü”
-
İdman18 Noyabr 22:48Dava düşdü, maşının açarı futbolçunun alnına ilişdi
-
Magazin118 Noyabr 22:24Xatirədən ittihamlara cavab - “Mən o adam deyiləm”
-
Sosial18 Noyabr 21:12Azərbaycanda 30 min abonent susuz qalacaq - XƏBƏRDALIQ


































