Nida.az
İlham Əliyev Amerika Yəhudi Komitəsinin direktorunu qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də Amerika Yəhudi Komitəsinin icraçı direktoru Devid Harrisin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Publika.az AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı İlham Əliyev Amerika Yəhudi Komitəsinin icraçı direktoru Devid Harrisin başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin maraqlı olacağına və ilk dəfə Azərbaycana səfər edən heyət üzvlərinin ölkəmizlə yaxından tanış olmaları üçün səfərin yaxşı fürsət yaradacağına ümidvar olduğunu bildirib.
Devid Harrisin ölkəmizin yaxın dostu olduğunu vurğulayan Prezident İlham Əliyev səfərin qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi baxımından da önəmini qeyd edib.
Amerika Yəhudi Komitəsinin icraçı direktoru Devid Harris Azərbaycanın ABŞ üçün çox əhəmiyyətli bir ölkə olduğunu vurğulayıb.
O, təmsil etdiyi təşkilatın Azərbaycanla ABŞ arasında əlaqələrin dərinləşdirilməsi üçün səylərini əsirgəməyəcəyini deyib.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı vəziyyət ətrafında fikir mübadiləsi aparılıb, Azərbaycanda müxtəlif dini icmaların birgə yaşayışı, multikulturalizmin daha da inkişaf etdirilməsi ilə bağlı görülən tədbirlərin önəmi qeyd olunub, qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilib.
-
Nida Xəbər 17:02
Putin Bakıya gələcək? - Peskov açıqladı
-
Rəsmi xronika16:20
İlham Əliyev bu qanunu təsdiqlədi
-
Qarabağ 13:42
Tokayevdən Bakı və İrəvana təklif: Hazırıq
-
İdman12:57
Daha Ronaldoya ehtiyac yoxdur, Corcina brenddir: Görün nə qədər sərvəti var - FOTOLAR
-
Hadisə12:00
Generala ağır itki üz verdi - FOTO
-
Qoroskop11:12
Ən uğursuz bürclər açıqlandı: Onlar həyata geridə başlayırlar
-
Dünya10:12
İsraili şoka salan taktika: İran bacarmadı, "Hizbullah" isə görün nələr etdi
-
ABŞ09:54
Tramp ilk dəfə açıqladı: “Putin mənə bu haqda danışırdı, amma əngəllədim”