Nida.az
Deputat: “Prezidentin Ankaraya səfəri gənclərdə böyük ruh yüksəkliyi yaradıb”
“Prezident İlham Əliyevin martın 15-də Ankaraya səfər edərək, qardaş Türkiyəyə dəstək nümayiş etdirməsi Azərbaycan və türk gəncləri arasında böyük ruh yüksəkliyi yaradıb”.
Bunu Publika.az-a açıqlamasında Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri, millət vəkili Şahin İsmayılov bildirib.
Deputat deyib ki, Azərbaycan və Türkiyə dövlətləri arasında olduğu kimi, gəncləri arasında da çox güclü əməkdaşlıq əlaqələri mövcuddur. Onun sözlərinə görə, ölkə başçısının atdığı addım da çətin gündə dostun yanında olmaq baxımından Türkiyəyə müsbət mesaj olub: “Türkiyədə olan dostlarımızı da cənab Prezidentin bu addımını çox yüksək qarşılayıb. Bu gün Azərbaycan və Türkiyə strateji əməkdaşlığı yüksək səviyyədə inkişaf edir. Cənab Prezident də öz çıxışlarında qeyd edir ki, bu gün dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın ikinci ölkə tapmaq olmaz. Bizim dostluğumuz əbədi və sarsılmazdır”.
Ş.İsmayılov 2015-ci ildə Parisdə baş vermiş terror aktı ilə bu il martın 13-də Ankarada törədilən terror aktına dünya fərqli yanaşmanın olmasından təəssüfləndiyini bildirib: “Bilirsiniz ki, ötən il Parisdə terror aktı baş verəndə, dünya ictimaiyyəti və liderləri Fransaya öz dəstəklərini nümayiş etdirib. Hətta, Avropa liderləri terror aktından dərhal sonra Parisə gələrək, Fransaya dəstək olduqlarını bildirdilər. Bu dəstək sosial şəbəkələrdə də özünü göstərirdi, hər kəs Fransa bayrağı fonunda öz profil şəkilini yayımlayırdı. Ancaq çox təəssüf ki, martın 13-də Ankarada törədilən terror aktı zaman Avropa və dünya ölkələrinin heç bir lideri Türkiyənin yanında olmadı. Yalnız cənab Prezident İlham Əliyev Ankaraya gedərək, Türkiyəyə öz dəstəyini nümayiş etdirdi. Mən bu yaxınlarda sosial şəbəkələrdə bir foto gördüm. Həmin fotoda Paris və Ankarada törədilmiş terror aktından sonra yığılan dünya liderlərinin müqayisəsi aparılmışdı. Bütün bu cür hallar ədalətsizlik və qərəzlilikdir. Avropa liderləri öz çıxışlarında terrorun vətəni, milliyyəti olmadığını söyləsə də, ancaq real işə gələndə bunun əksini görürük. Fərq etməz ki, terror Fransada, Almaniyada, Türkiyədə və ya digər hər hansı ölkədə törədilsin. Önəmli olanı odur ki, hər yerdə terrora münasibət eyni olmalıdır. Nə qədər ki, dünya birliyi terrora eyni münasibət göstərməyib və eyni formada qınaq obyektinə çevirməyib, o zaman dünyanın hər yerində oxşar hadisələrin olması qaçılmazdır. Yəni, terror terrordur. Fərq etməz ki, bu Türkiyə, Almaniya və ya Azərbaycanda olsun. Hər bir ölkədə törədilən terror aktına kəskin etiraz olmalıdır. Hər kəs öz siyasi iradəsini ortaya qoymalıdır”.
Vasif Həsənli
-
Magazin209:48
Məşhur reper güllələndi: qatil hadisəni lentə aldı - ANBAAN VİDEO
-
Magazin109:00
Əməkdar artistin nəvəsi ilə MARAQLI VİDEOSU
-
ABŞ08:12
1 dollara satılan Panama kanalı - Tramp onu GERİ QAYTARACAQ
-
Magazin105:45
Bu da Röya Ayxanın "Qızı" - VİDEO
-
Magazin201:41
Məşhur müğənnidən büstqaltersiz dərin dekolteli FOTOLAR
-
Hadisə00:30
Azərbaycanda toy evində KÜTLƏVİ DAVA - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Bu səhvi etsəniz, sevgilinizlə münasibətiniz çətinləşəcək
-
Magazin221 Dekabr 23:12
İş adamı Dubayda görün kiminlə ailə qurdu - FOTO