Nida.az
Prezident: "Bu dəyişikliklər müsbətə doğru dəyişikliklər deyil"
Azərbaycanda təhlükəsizlik yüksək səviyyədə təmin edilir. Bu gün Azərbaycan xalqı yaxşı görür ki, müxtəlif regionlarda, bölgələrdə vəziyyət gərginləşir, yeni münaqişə, müharibə ocaqları yaranır.
Publika.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Novruz bayramı münasibətilə keçirilən ümumxalq şənliyində söyləyib.
Dövlət başçısı deyib ki, keçən il burada, Novruz şənliyində çıxış edərkən, bir il ərzində bu qədər dəyişikliklər olacağını təsəvvür edə bilmirdik.
"Bu dəyişikliklər müsbətə doğru dəyişikliklər deyil, yeni münaqişə, qarşıdurma ocaqları, yeni müharibələr, miqrant böhranı. Azərbaycan isə sabitlik, təhlükəsizlik məkanıdır. Biz çalışırıq və çalışacağıq ki, ölkəmizi bütün mümkün risklərdən qoruyaq, xalqımızın rahat yaşamasını, təhlükəsiz həyatını təmin edək və ölkəmizi inkişaf yolu ilə irəliyə aparaq”.
Prezident vurğulayıb ki, bugünkü dünyada bir çox ölkələr üçün təhlükəsizlik məsələləri ön plana çıxır. Azərbaycan bu sahədə nümunəvi ölkədir. Azərbaycan xalqı rahat, təhlükəsizlik, əmin-amanlıq şəraitində yaşayır. Azərbaycanda kriminogen durum çox yaxşıdır. Bu göstəriciyə görə biz dünya miqyasında liderlər sırasındayıq.
-
Sağlamlıq21:13H3N2 virusu sizi xəstəxanalıq edə bilər - Bu əlamətlərə diqqət!
-
Digər21:00Güclü maqnit qasırğaları olacaq - XƏBƏRDARLIQ
-
Ekopublika.az20:32Dubaydakı ən bahalı evi o aldı - FOTOLAR
-
Nida Xəbər 20:04Abbas Əraqçi Bakıya gəldi - FOTO/YENİLƏNDİ
-
Magazin219:00“Polat Alemdar”ın ilginc hekayəsi ortaya çıxdı - İnanılmaz detal
-
Ekologiya17:40Meteohəssas insanların nəzərinə!
-
İdman16:42Messi tarixi uğurdan danışdı
-
Digər16:21Uşaq bağçası və xəstəxana vuruldu, 116 nəfər öldü































.jpg)



