Nida.az
ABŞ Rusiyaya nə təklif edib? - Təfərrüat
ABŞ dövlət katibi Con Kerri və Rusiya xarici işlər naziri Sergey Lavrov Parisdə təcili görüş keçirib, Ukrayna böhranını müzakirə ediblər.
Publika.Az BBC-yə istinadən xəbər verir ki, görüşün yekunları üzrə mətbuat konfransında Kerri bəyan edib ki, Rusiya ilə Vaşinqton Ukrayna böhranının siyasi yolla həll olunması istiqamətində müzakirələrin vacibliyini qeyd ediblər.
O, eyni zamanda Birləşmiş Ştatların Rusiya tərəfindən Krımın ilhaqını “qeyri-qanuni və qeyri-legitim” qiymətləndirdiyini bildirib.Kerri bir daha qeyd edib ki, ABŞ Rusiya qoşunlarının Ukrayna sərhədindən çəkilməsini istəyir.
O, Ukrayna hakimiyyətinin iştirakı olmadan Ukraynanın gələcəyi ilə bağlı heç bir qərar qəbul olunmayacağını bildirib.“Ukraynalıların özləri öz gələcəyini müəyyən edər. Ukrayna nümayəndəsi olmadığına görə, biz bu axşam bu məsələni müzakirə etməmişik”, - ABŞ dövlət katibi bəyan edib.
Öz növbəsində ayrıca keçirdiyi brifinqdə S. Lavrov Moskva ilə Vaşinqtonun Ukraynada rusdilli sakinlərin hüquqlarının qorunması və “qeyri-nizami qüvvələrlə provokatorların tərksilah edilməsi” məsələlərində Kiyev hökuməti ilə əməkdaşlıq etmək niyyətində olduqları barədə danışıb.
Lavrov amerikalı həmkarı ilə görüş ərəfəsində “Rossiya 1” televiziya kanalına müsahibəsində bəyan edib ki, Rusiya Ukrayna ərazisinə qoşun göndərmək niyyətində deyil.Bununla belə, o, Rusiyanın Ukrayna rus və rusdilli əhalisini istənilən, o cümlədən diplomatik, siyasi və hüquqi üsullarla müdafiə etməyə hazır olduğunu əlavə edib.
Bununla bağlı Lavrov Ukraynanın federativ və neytral dövlət olduğunu elan edən yeni Ukrayna konstitusiyasının qəbul olunmasını tələb edib. Buna cavab olaraq, Kiyev hökuməti Rusiyanın tələbinin qəbul olunması “tam kapitulyasiyaya” bərabər olduğunu bəyan edib.
Şənbə günü Sergey Lavrov ABŞ dövlət katibi Con Kerri ilə telefonla danışıb. Rusiya tərəfi söhbətin təşəbbüsçüsü ABŞ olduğunu bildirib.Bundan sonra Kerri ilə Lavrovun bazar günü Parisdə görüşəcəkləri elan olunmuşdu. Xəbər verildiyi kimi, Kerri Səudiyyə Ərəbistandan Vaşinqtona uçan təyyarəni döndərməyə göstəriş verib, "Associated Press" bildirir.
Daha əvvəl ABŞ və Rusiya xarici siyasət idarələrinin başçıları həftənin əvvəlində Haaqada görüşüblər.Eyni zamanda Rusiya XİN başçısının müavini Sergey Ryabkov Rusiya ilə ABŞ arasında Ukrayna böhranı üzrə konsultasiyaların davam etdiyini, lakin tərəflərin heç bir ümumi tənzimləmə planı olmadığını bildirib.
“Müzakirələr fikir mübadiləsi rejimində keçir, lakin hal hazırda hər hansı ümumi mövqe mövcud olduğunu demək olmaz”, - Ryabkovu RİA Novosti iqtibas edir.
Cümə günü ABŞ prezidenti Barak Obama ilə Rusiya prezidenti Vladimir Putin təxminən bir saat telefonla danışıblar. Söhbət Rusiya tərəfinin təşəbbüsü ilə keçirilib.
ABŞ prezidentinin mətbuat xidməti tərəfindən yayılan məlumata görə, prezident Putinin Ukrayna böhranının diplomatik yollarla həlli üzrə ABŞ-ın təkliflərini müzakirə etmək üçün prezident Obamaya zəng etdiyi bildirilir.
Söhbət dövlət katibi Con Kerri tərəfindən Haaqa görüşü zamanı Rusiya XİN rəhbəri Segey Lavrova təqdim olunan təkliflərdən gedir. Obama Rusiyaya bu təkliflərə konkret yazılı cavab verməyi təklif edib, və iki ölkə liderləri Kerri ilə Lavrovun gələcək addımları müzakirə etmək üçün yenidən görüşəcəkləri haqqında razılığa gəliblər.
-
İdman14:10
Ronaldo bir qələbə ilə həm rekord vurdu, həm də Ramosa çatdı
-
Hadisə12:30
Hacıqabulda son vəziyyət necədir? - FHN məlumat yaydı - VİDEO
-
Nəqliyyat12:25
DİQQƏT! Bakıda bir sıra küçələrdə avtomobillərin hərəkət istiqaməti dəyişdiriləcək
-
Magazin212:10
Monika Belluççi sevgilisi ilə əl-ələ - FOTO
-
Hadisə12:00
Azərbaycanın sərhəd bölgələrində TƏHLÜKƏ - VİDEO
-
Ekologiya11:50
Bakıda yağış yağacaq, külək əsəcək - PROQNOZ
-
Ekopublika.az10:59
Azərbaycanda əhali pulu daha çox hansı məhsullara xərcləyir? - STATİSTİKA
-
Qoroskop10:47
Şans bu 3 bürcün yanında olacaq