Krım böhranı Qarabağ ixtilafının həllinə mane olacaq - Tomas de Vaal
Bizi izləyin

Nida.az

Krım böhranı Qarabağ ixtilafının həllinə mane olacaq - Tomas de Vaal

Tomas de Vaal: “Krım Qarabağ ixtilafının həllinə mane olacaq”

ABŞ-dakı Karnegi Fondunun baş eksperti, Qafqaz üzrə mütəxəssis-jurnalist, “Qara Bağ” kitabının müəllifi Tomas de Vaal Krım böhranı fonunda Dağlıq Qarabağ probleminin həlli perspektivi barədə məqalə yazıb.

Publika.Az “Azadlıq” radiosunun erməni saytına istinadən xəbər verir ki, T. Vaal hazırda regionun ən iri münaqişəsi olan Qarabağ məsələsində fəallıq üçün heç də uğurlu məqam olmadığını söyləyib: “Yəqin ki, Minsk Qrupu öz fəaliyyətini davam etdirəcək. Ancaq onun konflikti nizamlamaq bacarığı indi əvvəlkindən daha zəif görünür. Putinin Qarabağ hesablamaları da ehtimal ki, dəyişəcək və bir neçə ay əvvəlkilərdən fərqlənəcək.“Prezident Vladimir Putinin bu addımı suverenlik barədə 90-cı illərdə regionda meydana çıxan mübahisələr ətrafında Pandorra qutusunu yenidən açdı. İndi Qafqazdakı əsas oyunçular bu nizamlanmamış münaqişələrin əhəmiyyətini yenidən dəyərləndirir” - deyə T. Vall yazır. Ekspert qeyd edir ki, hazırda regiondakı ən qədim və ən iri problem olan Qarabağ münaqişəsi problemində fəallaşma üçün ən qeyri-münasib vaxtdır.

Müəllif yazır ki, illər boyu Rusiyanın Qarabağ məsələsində rolu və gündəmi müxtəlif olub. Rusiya münaqişənin gedişinə fəal müdaxilə edən tərəfdən 1994-cü ildə atəşkəsin əldə eidlməsi üçün vasitəçilik edən tərəfə, daha sonra ATƏT-in Minsk Qrupunda uzunmüddətli və harmonik tərəfdaşa çevrilib:“Bu vəziyyət dəyişdimi? Böyük ehtimalla Minsk Qrupu öz mövcudluğunu davam etdirəcək. Lakin hazırda Minsk Qrupunun bu münaqişəni nizamlamaq imkanları əvvəlindən daha da zəifdir. Və Putinin Qarabağ planları da bir neçə ay əvvəlkindən fərqlənəcək” .

Ekspert xatırladır ki, Krım böhranının ardınca Azərbaycan və Ermənistan Qarabağ məsələsinə dair mövqelərini sərtləşdiriblər. Ermənistan prezidenti Serj Sərkisyan Putinə zəng etdi və ona qismən dəstək verdi. Sərkisyan Krımda referendumu dəstəkləsə də onun Rusiyaya birləşdirilməsi məsələsindən danışmadı.

“Bununla da Sərkisyan xatırlatdı ki, Qarabağ ermənilərinin də referendum haqqı var. Sirr deyil ki, Azərbaycan bu böhranda Ukraynanı dəstəkləyir, lakin susmağa üstünlük verərək Rusiyanı boş yerə təhqir etmək istəmir. Prezident İlham Əliyevin Novruz bayramındakı Qarabağ çıxışı isə çox sərt oldu. O, bəyan etdi ki, nəinki Qarabağ, indiki Ermənistanın ərazisi də tarixi Azərbaycan torpaqlarıdır” - deyə ekspert yazır.

T. Vaalın sözlərinə görə, indi tərəflər xarici qüvvələrin yeni gündəm barədə spekulyasiyalarının təsiri altına düşməkdənsə uzaqgörənlik nümayiş etdirib Krım böhranından Qarabağ münaqişəsində mövqeləri yaxınlaşdırmaq üçün istifadə etməli idi.

Aydəmir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm