Nida.az
Tofiq Yaqublu Müsavatdan çıxarılacaq - İDDİA
“Tofiq Yaqublunun Müsavat və AXCP-ni barışdırmaq niyyəti
onun partiyadan çıxarılması ilə nəticələnək”.
Publika.az xəbər verir ki, bu iddia ilə Müsavat
partiyasının keçmiş üzvü, Azərbaycan Demokratiya və Rifah
Hərəkatının (ADR) funksioneri Hüseyn Məlik çıxış edib.
Onun sözlərinə görə, Tofiq Yaqublu həbsxanadan çıxandan sonra
təmsil olunduğu Müsavat Partiyası ilə AXCP-ni barışdırmağa, bu iki
partiya arasında münasibətlərin yaxınlaşmasına təşəbbüs
göstərəcəyini bəyan edir: “Hesab edirəm ki, Tofiq bəy bu iki
partiyanın bir-birindən uzaq düşmə səbəblərini yaxşı bilir. İctimai
Palatanın dağıdılması, Milli Şuranın dağıdılmasına yönəlik
fəaliyyət, bizim bildiyimiz, amma müəyyən səbəblərdən demək
istəmədiyimiz başqa faktorlar yetərincədir. Mən Müsavat
partiyasında olduğum zaman bu partiyaların yaxınlaşmasına yönəlik
müəyyən işlər görmək istədim. Ancaq ciddi təpkilərlə
qarşılaşdım.
Düşünürəm ki ,Tofiq Yaqublunun bu xoş niyyətli fəaliyyəti onun
Müsavat Partiyasından uzaqlaşdırılması ilə nəticələnəcək”.
H. Məlik qeyd edib ki, bu gün Müsavat Partiyasında şəxsi
təşəbbüskarlıq rəhbərlik tərəfindən partiyaya xəyanət kimi
qiymətləndirilir.
Asif
-
Kriminal09:00
Paytaxtda QANLI GECƏ: ailə üzvləri yaşadıqları evdə bıçaqlandılar - YENİLƏNDİ
-
İKT08:36
"Telegram"dan möhtəşəm YENİLİK: onu sata da bilərsiniz
-
Magazin106:46
Gülay Naziləyə 1000 manat verdi - VİDEO
-
İdman05:45
Neymar bu adanı alır: görün nələr var - FOTOLAR
-
Hadisə03:23
Lənkərandan ACI XƏBƏR: ölən və xəsarət alanlar var - FOTO
-
Magazin202:12
“Miss Russia 2024” müsabiqəsinin qalibi bəlli oldu
-
İKT01:21
"YouTube"a yeni RƏQİB GƏLİR: müsabiqə elan edildi
-
Region00:30
Türkiyədə silahlı qadın doğum evinin həkimlərini GİROV GÖTÜRDÜ