Azərbaycandan çıxarılan rus jurnalist Ukraynada da döyülüb və qovulub - VİDEO
Bizi izləyin

Nida.az

Azərbaycandan çıxarılan rus jurnalist Ukraynada da döyülüb və qovulub - VİDEO

Rusiyanın "LifeNews" telekanalının Azərbaycandan deportasiya olunan əməkdaşı bundan öncə Ukraynada hazırladığı təxribat xarakterli süjetlərə görə ukraynalılar tərəfindən döyülüb.

Kiyevdə aksiyada iştirak edən jurnalist Ukrayna əleyhinə videoreportaj hazırlayarkən aksiya iştirakçıları ona hücum edib. Millətçilər yalan məlumat yayan jurnalistin gözünə gözyaşardıcı qaz sıxıblar. Daha sonra aksiya iştirakçılarından biri onun başında yumurta sındırıb. Jurnalisti həmkarları ərazidən uzaqlaşdırmağa nail ola bilib.

Qeyd edək ki, “LifeNews” telekanalının çəkiliş qrupu ötən gün Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Tərtərdə təxribat xarakterli, yalan məlumatlar hazırlayıb.

Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin mətbuata verdiyi açıqlamaya görə, sözügedən kanalın çəkiliş qrupu artıq ölkədən deportasiya olunub.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov da rus jurnalistlərin Azərbaycandan çıxarılmasından danışıb. O, bildirib ki, onlar akkreditasiyadan keçmədən ölkəyə gəlib və Azərbaycan XİN-in iddiasına görə, dünya ictimaiyyətinə Dağlıq Qarabağdakı vəziyyətlə bağlı yalan məlumat çatdırıb.

Xatırladaq ki, telekanalın rəhbəri erməni Aşot Qabrielyandır. (azvision.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm