Nida.az
İlham Əliyev AŞPA-nın həmməruzəçisini qəbul etdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 6-da Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçisi Stefan Şennakın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
AŞPA Monitorinq Komitəsinin həmməruzəçisi Stefan Şennak Prezident İlham Əliyevi ABŞ-a uğurlu səfəri münasibətilə təbrik etdi.
Stefan Şennak Azərbaycana həssas bir məqamda səfər etdiyini, cəbhə xəttindəki son hadisələrin çox narahatlıq doğurduğunu dedi.
Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində son hadisələrlə bağlı vəziyyətə toxunan dövlətimizin başçısı münaqişə ilə əlaqədar irəliyə doğru addım atılması imkanı yaranan zaman Ermənistan tərəfindən bu cür təxribatların törədildiyini vurğuladı.
ABŞ-a səfərinin uğurla keçdiyini qeyd edən Prezident İlham Əliyev Azərbaycan-ABŞ əlaqələrinin yüksək səviyyədə olduğunu dedi.
Dövlətimizin başçısı Azərbaycan ilə Avropa təşkilatları arasında əlaqələrin yaxşı səviyyədə olduğunu məmnunluqla qeyd edərək ölkəmizin bu əlaqələrin konstruktiv ruhda davam etdirilməsində maraqlı olduğunu bildirdi, Avropa Şurası Parlament Assambleyasının prezidenti Pedro Aqramuntun və Avropa İttifaqının xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti xanım Federika Moqerininin Azərbaycana səfərlərinin münasibətlərimizin inkişafına öz töhfəsini verdiyini dedi.
Görüşdə Azərbaycan ilə Avropa Şurası arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri müzakirə edildi.
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi