Lavrov gəldi! Bir neçə rayon Azərbaycana qaytarılır?!
Bizi izləyin

Nida.az

Lavrov gəldi! Bir neçə rayon Azərbaycana qaytarılır?!

“Lavrovun Dağlıq Qarabağla bağlı planında ilk mərhələdə ən azından bir neçə rayonun Azərbaycana qaytarılması əsas komponentlərdəndir”.

Publika.az xəbər verir ki, bu barədə Ermənistanın “Aykakan jamanak” qəzeti diplomatik mənbəyə istinadən məlumat yayıb.

Qəzet qeyd edir ki, Qarabağ münaqişəsinin nizama salınması ətrafında yeni səhnəarxası proses gedir.

“Burada Qarabağ ətrafı rayonlarından bir neçəsinin Azərbaycana qaytarılması Ermənistan qarşısında əsas şərt kimi qoyulub. Bu təslim sazişidir. Rusiya ümid edir ki, bunun qarşılığında Azərbaycan ona tamamilə arxa çevirməyəcək”, - deyə qəzet yazıb.

Qeyd edək ki, aprelin 5-də cəbhədə atəşin dayandırılması ilə bağlı razılıq əldə olunub. Rusiya XİN rəhbəri Sergey Lavrov dünən axşam saatlarında Bakıya gəlib. O, Azərbaycan Prezidenti İlham Əliyevlə bir neçə saat çəkən müzakirələr aparıb. Lavrov bu gün Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov və İran XİN rəhbəri Cavad Zəriflə görüşüb.

Lavrovun mətbuat konfransında “Dağlıq Qarabağ üzrə razılaşmanın bütün komponentləri artıq masa üzərindədir və yalnız formulları tapmaq qalıb” deyə açıqlaması da müəyyən ümidlər yaradır.

Onu da bildirək ki, Rusiya baş naziri Dmitri Medvedyev bu gün İrəvanda səfərdədir. Onun sabah Bakıya gələcəyi planlaşdırılır. Ermənistan Xİn rəhbəri Eduard Nalbandyan isə sabah Moskvada Lavrovla görüşəcək.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm