Millət vəkili: “İnanıram ki, Obama ədalətli addım atacaq”
Bizi izləyin

Nida.az

Millət vəkili: “İnanıram ki, Obama ədalətli addım atacaq”

“Ermənilər özlərini dünyaya əzilən, zorakılığa məruz qalan xalq kimi təqdim etməyə çalışırlar”.

Bunu Publika.az-a açıqlamasında Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) prezidenti, millət vəkili Elxan Süleymanov bildirib.

Deputat deyib ki, ermənilər aprelin 24-də ənənəvi olaraq soyqırımı iddialarını geniş təbliğ etmək üçün tədbirlər təşkil edəcəklər: “Ümid edirəm ki, biz aprelin 20-dək AVCİYA tərəfindən ABŞ prezidenti Barak Obama administrasiyasına ünvanlanan Dağlıq Qarabağla bağlı "Ədalətin bərqərar olunması və böyük fəlakətin qarşısının alınması naminə" petisiya layihəsi çərçivəsində ən azı 300 min səs toplamaqla ermənilərə cavab vermiş olacağıq. Hər bir insanımız bu kampaniyada fəal iştirak etməlidir. Azərbaycan xalqı olaraq biz ermənilərin qondarma soyqırımı iddialarını və azərbaycanlılara qarşı törətdikləri əsl soyqırımları ifşa edəcəyik. Bu petisiya təkcə Azərbaycan torpaqlarının işğalı ilə bağlı deyil. Eyni zamanda ermənilərin Türkiyəyə qarşı da qondarma ərazi və soyqırımı iddialarının ifşa olunması üçün də ən güclü müraciətdir. Bu müraciət təkcə Azərbaycan xalqının ifadəsini əks etdirmir. Bu, Avropa Şurasına üzv olan 47 ölkədən 45-nin parlament üzvlərinin səs verməsi nəticəsində qəbul edilən qətnamənin müddəalarını özündə əks etdirir. Ona görə də inanıram ki, dünyanın demokratiya evi hesab olunan Obama Administrasiyası bu məsələ ilə bağlı doğru və ədalətli addım atacaq və Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinə son qoyulacaq”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm