“Qarabağda Rusiya və Türkiyə arasında birbaşa qarşıdurma ola bilər” - ŞOK PROQNOZ
Bizi izləyin

Nida.az

“Qarabağda Rusiya və Türkiyə arasında birbaşa qarşıdurma ola bilər” - ŞOK PROQNOZ

“Dağlıq Qarabağda vəziyyətin kəskinləşməsi Rusiya ilə NATO-ya daxil olan Türkiyə arasında birbaşa qarşıdurma ilə nəticələnə bilər”.

Publika.az xəbər verir ki, bu haqda Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində baş verən son qarşıdurmanı şərh edən Latviyanın “Diena” nəşri yazıb.

“Rusiya Dağlıq Qarabağdakı münaqişəyə hamıdan daha aktiv daxil oldu. Rusiyanın baş naziri Dmitri Medvedev və xarici işlər naziri Sergey Lavrov Ermənistan və Azərbaycana baş çəkdilər. Azərbaycan və Ermənistan arasında genişmiqyaslı hərbi münaqişə olacağı halda Rusiya ona qarışmağa məcburdur. Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür, Azərbaycanın isə Türkiyə ilə hərbi razılaşması var”, - nəşr qeyd edib.

Yazıda bildirilir ki, Dağlıq Qarabağda vəziyyətin kəskinləşməsindən “keçmiş imperiyanın mərkəzi” olan Moskva uduşludur: “Moskva “böl və hökmranlıq et!” siyasətindən məharətlə istifadə edir. Rusiya hər iki ölkəyə satışından gəlir əldə edir. Ermənistan və Azərbaycan arasında münasibətlərdə gərginlik Rusiyaya bu ölkələr üzərində nəzarəti saxlamağa və Qafqazda aparıcı rol oynamağa kömək edir”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm