Nida.az
AŞPA-dakı Ermənistanın hücumlarının qarşısı alındı
“Ermənistanın zəif hücumlarının, Xristian və İslam
dinləri arasında süni ədavət sahəsində ciddi təhlükənin qarşısı
alındı və Azərbaycan üzrə yeni məruzəçi təyin
edildi”.
Publika.az xəbər verir ki, bu barədə
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Elxan Süleymanov
Strasburqda keçirilən yaz sessiyası haqda danışarkən deyib.
Onun sözlərinə görə, bu, son vaxtlar Ermənistanın işğal edilmiş
Azərbaycan ərazilərində yaşayan mülki vətəndaşlara hücumlarının
artmasından sonra keçirilən ilk AŞPA sessiyası idi: “Bu günlərdə
Ermənistanın təbliğat maşını, beynəlxalq ictimaiyyətin diqqətini
real problemdən-Azərbaycan ərazisinin Ermənistan tərəfindən
qanunsuz silahlı işğalının davam etməsi faktından yayındırmağa ümid
edərək, bütün media qurumlarında həddindən artıq fəal işləyir və
absurd ittihamlarla Azərbaycana hücumlar edirdi. Ermənistan
tərəfindən süni şəkildə siyasi gərginlik yaradılmışdı və onlar
Azərbaycanın müsbət imicini dağıtmaq və işğal edilmiş ərazilərdə
gedən son əməliyyatlara dair həqiqəti təhrif etmək məqsədilə
Strasburq siyasi səhnəsində tammiqyaslı siyasi hücumlara
hazırlaşırdılar. Bu məqsədlə fransızların lideri və erməni
lobbiçisi Rene Ruke “Son günlərdə Dağlıq Qarabağ münaqişəsinin
faciəvi alovlanması”nı müzakirə etmək üçün cari müzakirə
müraciətini irəli sürdü. Azərbaycan nümayəndə heyəti bu təklifə
cavab olaraq, oxşar, lakin düzgün ifadə formasında “Azərbaycanın
Dağlıq Qarabağ və işğal edilmiş digər ərazilərində zorakılığın
faciəvi şəkildə artması” mövzusunu irəli sürdü. Bu düzgün ifadə
forması Ermənistanın qəzəbinə səbəb oldu və Ermənistan nümayəndə
heyəti “Dağlıq Qarabağa qarşı son təcavüz zamanı Azərbaycanın
törətdiyi müharibə cinayətlərı” adlı üçüncü absurd və ekstremist
təklifi irəli sürdü. Deputatlar AŞPA-da geniş müzakirənin
keçiriləcəyini yerli Ermənistan mətbuatında elan etmişdilər. Onlar
tezisləri üçün tam dəstək səfərbər etdiklərinə və indi Azərbaycanın
nüfuzunun qəti və ictimai şəkildə puç ediləcəyinə öz
auditoriyalarını əmin etmişdilər”.
E. Süleymanov qeyd edib ki, Azərbaycan bu şəraitdə belə
təhqiredici müzakirə aparmaq marağında deyildi: “Bu səbəbdən mən bu
məsələyə dair bütün müzakirə müraciətlərinin geri götürülməsini
müdafiə etdim. Bazar ertəsi səhər, 18 apreldə Büro bu debatların
mümkünlüyünü müzakirə etdi. Qısa, lakin gərgin müzakirədən sonra
təklif səsə qoyuldu. Azərbaycan tam qələbə qazandı. Belə ki, Büro
bu sessiyada Dağlıq Qarabağ və işğal edilmiş digər ərazilərlə bağlı
bütün müzakirələri təxirə salmaq barədə, bir səs istisna olmaqla,
yekdil qərar verdi”.
Azərbaycanlı deputat bildirib ki, AŞPA Bürosundakı bu böyük
dəstəyi çox yüksək qiymətləndirir: “Çünki bu dəstək avropalı
deputatların artıq Ermənistanın yanlış məlumatlarına kor-koranə
aldanmadığını, yaxud çaşqınlığa düşmədiyini göstərdi. Bu, eyni
zamanda ermənilərin Avropa Şurası daxilində planlaşdırılmış
təbliğat müharibəsi aparmasının qarşısını aldı. Aydındır ki,
beynəlxalq ictimaiyyətin diqqətini işğal edilmiş ərazilərimizə
yönəltməq məqsədilə yeni təşəbbüslər hazırlayıram, lakin bu, öz
siyasi seçimimiz çərçivəsində və öz təşəbbüsümüzün nəticəsi
olmalıdır və olacaq. Şübhəsiz, Ermənistanın qərəzli təxribatları və
zorakı təbliğatına əsaslanan heç bir siyasi prosesə daxil olmağı
heç vaxt qəbul etməyəcəyik”.
E. Süleymanov bu gün yerli mətbuatda “AŞPA-da Dağlıq Qarabağ
üzrə qətnamə qəbul edildi” başlığı ilə yayılan xəbərlərə də
münasibət bildirib.
“Ölkə ictimaiyyəti bilməlidir ki, bu heç də qətnamə deyil, heç
bir siyasi və hüquqi gücə malik olmayan, Assambleyanın deyil,
azsaylı deputat qrupunun mövqeyini əks etdirən yazılı bəyanatdır.
Assambleyanın 2016-cı il yanvar sessiyasında qəbul etdiyi və
Ermənistan qüvvələrinin işğal edilmiş Azərbaycan torpaqlarından
dərhal geri çəkilməsini tələb edən 2085 saylı qətnamədən sonra hələ
də çaşqınlıq içərisində olan Ermənistan deputatları “yalnız
ATƏT-in Minsk qrupu həmsədrlərinin beynəlxalq tanınmış yeganə
vasitəçilik formatı olması” fikrinə diqqəti yönəltmək üçün
son dəfə ümidsizcəsinə cəhd göstərdilər. Çünki ATƏT-in Minsk qrupu
Azərbaycan torpaqlarının 23 ildir ki Ermənistanın işğalı altında
saxlanmasını təmin edib və birbaşa Ermənistanın maraqlarına xidmət
edir. “1-5 aprel hadisələri Dağlıq Qarabağ və yerləşdiyimiz digər
ərazilərdə azad, dinc və xoşbəxt həyatımızı pozdu” – bu fikri AŞPA
Monitorinq Komitəsinin 19.04.2016-cı il tarixli iclasında çıxış
edən Ermənistan nümayəndəsi bildiribdir. Bu sözlər ATƏT-in Minsk
qrupunun Azərbaycan torpaqlarının Ermənistanın işğalı altında
saxlanması və ermənilərin bu torpaqlarda xoşbəxt həyatlarını təmin
etmək üçün yaradıldığını bir daha təsdiqləyir, eyni zamanda
Ermənistanın ATƏT-in Minsk qrupunun himayəsinə sığınma səbəbini
açıq-aydın ifadə edir. Ermənistanın bu təşəbbüsü əbəs yerə edilmiş
bir cəhd idi, bu səbəbdən heç kəsin diqqətinə layiq deyil.
Mövqeyimiz yanvar ayında Assambleyadakı qətnamədə rəsmi qəbul
edilib və beləliklə, Avropa Şurası Parlament Assambleyasının rəsmi
mövqeyini əks etdirir. Ermənilərin nə qədər xoşuna gəlməsə də,
yaxşı olar ki, bununla yaşamağa öyrəşsinlər”, - deyə deputat
diqqətə çatdırıb.
E. Süleymanov Azərbaycan üzrə yeni həmməruzəçinin təyin
olunmasından da danışıb: “Aprelin 19-u səhər AŞPA-nın Monitorinq
Komitəsi Avstriyadan cənab Şennaka (SOC) əlavə olaraq, Azərbaycan
üzrə yeni həmməruzəçi - Rumıniyadan cənab Sezar Predanın (EPP)
təyin olunması barədə yekdilliklə qərar qəbul etdi. Cənab Predadan
əvvəlki həmməruzəçi İspaniyadan cənab Aqustin Konde (EPP) olub. Bu
təyinatdan dərhal sonra cənab Şennak 5-9 aprel 2016-cı il
tarixlərində Azərbaycana faktaraşdırıcı səfəri barədə Monitorinq
Komitəsinə şifahi məruzəsini təqdim etdi. O, Bakıya aprelin 5-i
gəldiyindən, çıxışı zamanı vurğuladı ki, AŞPA aprelin 2-dən 5-nə
kimi cəbhə xəttində baş verən əməliyyatların real vəziyyətindən tam
xəbərdardır. Aydın idi ki, son günlərdə zorakılığın artması ilə
bağlı dəqiq məlumatlar bir gün əvvəl lobbidə və dəhlizlərdə sərsəm
erməni ritorikasının təsirinə məruz qalmış indiki deputatların
çoxunu sakitləşdirdi. Sonda, Xristian və İslam dinləri arasında
süni ədavət sferasındakı ciddi təhlükənin qarşısı alına bilərdi.
“Şəriət Qanununun Avropa İnsan Hüquqları Konvensiyası ilə
uyğunluğu: Konvensiyaya tərəf dövlətlər Qahirə Bəyannaməsini
imzalaya bilərmi?” adlı, Niderlanddan olan cənab Omtziqt (EPP)
tərəfindən hazırlanmış qətnamə layihəsi Azərbaycan, Türkiyə və
Albaniya daxil olmaqla, AŞPA-ya müsəlman əksəriyyətdən ibarət olan
üzv dövlətlərin nüfuzuna xələl gətirmək və hücum etmək üçün
açıq-aşkar dini perspektivdən ilhamlanmışdı. Bu qətnamə layihəsi
məruzə hazırlanması üçün Hüquq Məsələləri Komitəsinə təqdim edildi
və cənab Omtziqt özünü bu məruzənin müəllifi olacağını əvvəlcədən
fikirləşmişdi. Bundan əlavə, məsələ onunla AŞPA-nın keçmiş
prezidenti Lüksemburqdan olan xanım Brassör (ALDE) arasında həll
edilmişdi və belə ki, sonuncu eyni məsələ ilə bağlı Siyasi
Məsələlər Komitəsində “rəy üçün” məruzənin müəllifi olacaqdı.
Söhbət ümumiyyətlə müsəlman ölkələrindən, xüsusilə, Azərbaycana
qarşı onların qərəzli münasibətindən getdikdə isə, hamımız bilirik
hər iki deputatın nüfuzu zəifdir. Hər ikisinin kor-koranə şəkildə
Azərbaycana hücum etməsinin uzun tarixçəsi vardır. Bu iki deputatın
belə həssas mövzuda məruzə yazmalarına icazə verilməsi ölkəmizlə
Avropa ölkələri arasında davamlı, müsbət, qarşılıqlı anlayışa
olduqca mənfi təsir edə bilərdi. Sonda Andorradan olan deputat
xanım Meritxel Mateu (ALDE), eləcə də Birləşmiş Krallıqdan yeni
mühafizəkar lider cənab İan Liddell-Grainger namizəd oldu. Cənab
İan Liddell-Grainger cənab Omtziqtin təyin olunacağı öhdəliyindən
tam xəbər tutduqda, son anda namizədliyini Andorradan olan xanımın
lehinə geri götürdü. Andorralı namizəd 31 səs lehinə və 7 səs
əleyhinə olmaqla cənab Omtziqt üzərində tam qələbə qazandı. Bu bir
daha sübut edir ki, Azərbaycanın Avropalı deputatların dəstəyinə və
anlayışına layiq bir dövlət olması barədə AŞPA-da həqiqətən də
məlumatlılıq artır və mən avropalı həmkarlarımın fikirlərindəki bu
siyasi irəliləyişə şadam”.
Asif
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi