Ermənistan rəsmisindən İNANILMAZ ETİRAF: “Əslində Qarabağı...”
Bizi izləyin

Nida.az

Ermənistan rəsmisindən İNANILMAZ ETİRAF: “Əslində Qarabağı...”

Ermənistan Mili Məclisinin sədr müavini Ermine Naqdalyan Azərbaycan Ordusunun azad etdiyi ərazilərlə bağlı açıqlaması ölkəsində şok effekti yaradıb.

Publika.az xəbər verir ki, Naqdalyan ərazilərin Ermənistanın nəzarətində olduğunu desə də, bu torpaqların Ermənistana məxsus olmadığını, başqa sözlə, işğal olunmuş ərazilərdə hansısa hüquqlarının olmadığını bildirib.

“Ərazilər Ermənistanın nəzarətində olsa da, faktiki olaraq biz belə bir hüquqa malik deyilik”, - deyə o bildirib.

Onun bu bəyanatı ciddi etiraza səbəb olduğu üçün Naqdalyan yenidən açıqlama yayıb və deyib ki, o rəsmi İrəvanın mövqeyindən fərqli fikir söyləməyib.

Erməni ekspert Aram Amatuni də Naqdalyanın əslində İrəvanın illərdir sərgilədiyi mövqedən kənar çıxmadığını bildirib.

“İrəvan Madrid prinsiplərini qəbul edərək, danışıqlar aparır. Faktiki olaraq, bu prinsiplər ərazilərin nəzarətdə saxlanılması üçün Ermənistana heç bir hüququ vermir. Ermənistan rəhbərliyi faktiki olaraq ona belə bir hüquq tanımayan prinsipləri qəbul edib. Naqdalyan da eyni fikirləri söyləyir”, - deyə ekspert bildirib.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm