Nida.az
Novruz Məmmədov: "Ermənilər çaş-baş qalıb" - VİDEO
“Ermənilər gah nala vurur gah da mıxa”. ANS PRESS-in məlumatına görə, bu sözləri ANS TV-nin “Hesabat” verilişində Mir Şahinin qonağı olan prezident administrasiyası rəhbərinin müavini Novruz Məmmədov deyib.
Administrasiya nümayəndəsi son günlər cəbhə bölgəsində yaşanan gərginlik fonunda Ermənistan prezidenti Serj Sarkisyanın danışıqlardan imtina etməsini və Qarabağ münaqişəsinin həlli ilə bağlı siyasi arenada baş verənlər haqqında fikirlərini bölüşüb.
“Ermənistan hakimiyyəti nə edəcəkləri barədə bir qərara gələ bilmir. Hazırki vəziyyətdən çıxış yollarını tapmaqda çətinlik çəkirlər. Ermənilər gah nala vurur gah da mıxa. Biri bir söz deyir digəri onun əksinə olan başqa bir söz deyir. Bu sadəcə mövcud vəziyyətdə çaş-baş qalmaq deməkdir”, - deyə Novruz Məmmədov bildirib.
Cəbhə bölgəsində baş verən döyüşlərdən sonra dünyanın diqqətinin bir daha Azərbaycanın probleminə yönəldiyini qeyd edən Novruz Məmmədov münaqişənin ədalətli həllini dəsətəkləyənlərin sayının dahada artdığını,Rusiya, ABŞ və Fransanın da Azərbaycanın ədalətli mövqeyni dəstəklədiklərini bildirdi.
“Azərbaycanın səbri tükənir. Bunu bütün ölkələr görür, nəzərə alır və almalıdırlar”, - deyə prezindent administrasiya rəhbərinin müavini Novruz Məmmədov vurğulayıb.
Norvruz Məmmədov həmçinin əlavə edib ki, Azərbaycan və Ermənistan təmas xəttində vəziyyətin gərginləşməsindən ölkəmizin nüfuzuna təsir etməyib - "Azərbaycana investisiya qoymaq, əməkdaşlıq etmək istəyənlərin sayı artıbı, beynəlxalq banklar, fondlar da ölkəmizlə əməkdaşlıq edir, dünya Azərbaycanı risk, təhlükə zonası kimi görmür."
Novruz Məmmədov ANS TV-nin "Hesabat" verilişində Mir Şahinin sullarını cavablandırıb
-
Maraq dünyası02:19
Dünyanın ən lənətlənmiş adası: Kim yaşadısa... - FOTO
-
Region01:50
İranda qadın alveri və intim xidmətlər barədə ŞOK FAKTLAR - VİDEO
-
İdman01:08
"Real" ÇL-nin finalında! - VİDEO/YENİLƏNDİ
-
Region00:45
Putinlə Paşinyanın görüşü başa çatdı - YENİLƏNDİ
-
Qoroskop00:35
Günün qoroskopu: nüfuzlu insandan dəstək ala bilərsiniz
-
Hadisə8 May 23:34
Xırdalanda küçə itləri qadını dişlədi - ANBAAN VİDEO
-
Hadisə8 May 21:59
Hoteldə zəhərlənən dostlarla bağlı FAKTLAR: Qonaqlıq buna görə təşkil edilibmiş... - FOTO
-
Qoroskop8 May 20:55
Yeni ay bu 3 bürcü sevindirəcək – Şans onlardan yanadır