Nida.az
Prezidentin ön cəbhədən üç mühüm MESAJI
Mayın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Ermənistan silahlı qüvvələri ilə təmas xəttində yerləşən Tərtər, Ağdam və Bərdə rayonlarında olublar.
Publika.az xəbər verir ki, Ermənistan tərəfinin mülki əhaliyə hücumu nəticəsində cəbhə bölgəsində yerləşən yaşayış məntəqələrinə ciddi ziyan dəyib. Hazırda bu bölgəyə düşmənin hücum riski qalmaqdadır. Politoloqlar
Ermənistan ordusunun Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini və yaşayış məntəqələrini ardıcıl atəşə tutduğu bir vaxtda Azərbaycan Prezidentinin cəbhə bölgəsinə səfərini, təmas xəttinin 200 metrliyində yerləşən kəndlərdə evləri dağılmış insanlarla, habelə səngərdə dayanan hərbçilərlə görüşünü İlham Əliyevin Ali Baş Komandan kimi cəsarətinin və şücaətinin göstəricisi olaraq dəyərləndirilər.
Politoloq Elşad Mirbəşiroğlu hesab edir ki,
indiki halda cəbhə bölgəsi olduqca risklidir: “Çünki qarşı tərəf
üçün nə beynəlxalq hüquq, nə də adi normalar var. Onlar mülki
əhalini hədəf seçmiş düşməndir. Lakin Prezident İlham Əliyevin bu
riski gözə alaraq həmin bölgəyə getməsi onun cəsarətindən və
Vətənə, millətə olan sevgisindən xəbər verir”.
Qeyd edək ki, dövlət başçısının ön cəbhəyə baş çəkməsi üç aspekt
baxımından diqqət çəkir.
Birinci: Hazırda atəş altında olan cəbhə boyu
yaşayış məntəqələrindəki insanlar birbaşa birinci şəxsin diqqətində
olduqlarının əyani şahidi oldular. Prezident İlham Əliyev və xanımı
Mehriban Əliyeva Tərtər şəhərində, cəbhə xəttinin 200 metrliyində
yerləşən Tərtər rayonunun Qapanlı kəndində, Ağdam rayonunun
qoşunların təmas xəttində yerləşən Mahrızlı kəndində sakinlərlə
görüşüblər, Ermənistan ordusunun vəhşilikləri nəticəsində yaranmış
vəziyyətlə tanış olublar. Azərbaycan Prezidenti və xanımı Mehriban
Əliyeva Bərdə şəhərindəki Müalicə-Diaqnostika Mərkəzində yaralı
sakinlərə baş çəkiblər.
Bu səfər və keçirilən görüşlər atəş altında yaşayan insanlara
böyük dəstəkdir. Halbuki, “dördgünlük müharibə” zamanı və ondan
sonrakı dövrdə İrəvan rejiminin Azərbaycanın işğal olunmuş
ərazilərinə yerləşdirdiyi ermənilər kütləvi şəkildə bölgəni tərk
etdilər. Erməni KİV-nin məlumatına görə, hazırda cəbhəboyu
ərazilərdə çox az sayda erməni qalıb. Onlar da getməyə maddi imkanı
olmayanlardır. Azərbaycan vətəndaşı isə hücumlara baxmayaraq, sona
qədər öz evini tərk etmək niyyətində deyil. Prezident İlham
Əliyevin birbaşa ön cəbhəyə getməsi də bu fikri möhkəmləndirir.
Dövlət başçısı hər bir vətəndaşın, xüsusilə cəbhə bölgəsində
yaşayan insanların problemlərinə həssaslıqla yanaşır, onların
müdafiəsini gücləndirmək, həyat və iş şəraitini, güzəranını
yaxşılaşdırmaq üçün bütün lazımi tədbirləri görür.
İkinci: Prezident İlham Əliyev “N” saylı hərbi
hissədə əsgər və zabitlərin xidmət şəraiti, onların təminatı ilə
tanış olub və şəxsi heyətlə görüşüb. Bu görüş düşmənlə üz-üzə olan
şəxsi heyətin döyüş ruhunun yüksəldilməsi üçün vacib amildir.
Azərbaycan Ordusu Ali Baş Komandanın cəsarəti və mərdliyinin əyani
şahidi oldu. Bu amil ordumuzun torpaqlarımızın azad olunması üçün
apardığı mübarizədə əsas faktordur.
“Siz bu gün burada düşmənlə üz-üzə xidmət edirsiniz.
Torpaqlarımızı, vətəndaşlarımızı müdafiə edirsiniz. Bu, böyük,
şərəfli missiyadır. Sizi bütün uğurlar münasibətilə ürəkdən təbrik
edirəm. Yeni uğurlar arzulayıram. Bundan sonra da Vətənə həmişə
bağlı olun, Vətəni sevin, torpağımızı qoruyun, vətəndaşları müdafiə
edin. Eşq olsun Azərbaycan Ordusuna!”
Ali Baş Komandanın ön cəbhədə verdiyi bu mesaj Azərbaycan
Ordusunda böyük ruh yüksəkliyinin əsas mənbəyi hesab oluna
bilər.
Politoloqlar hesab edir ki, dövlət başçısının ön cəbhəyə səfəri tərtərlilərə, ağdamlılara, cəbhə bölgəsində yaşayan digər soydaşlarımıza “mən sizinləyəm, dövlət sizinlədir” deməklə yanaşı, həm də düşmənin saya salınmadığını, onun sındırıldığını, əzildiyini, daha baş qaldıracaq gücdə olmadığını göstərmək üçün idi. Çoxları onu anladı ki, Prezidentin və Mehriban Əliyevanın Qarabağın işğal altındakı digər bölgələrinə birgə səfərlərinə də çox qalmayıb.
Dövlət başçısı bu səfərlə həm də Ermənistana ciddi mesaj
verdi.
Üçüncü: Ermənistanda ciddi ictimai-siyasi
problemlər yaşanır. Məğlubiyyətə görə Serj Sarkisyan ciddi ittiham
olunur. Düşmən ölkədə kataklizimlərin yaşandığı bir vaxtda
Prezident İlham Əliyevin ön cəbhəyə səfəri İrəvana “Azərbaycanın
bir qarış torpağının belə işğal altında qalmayacağı”
mesajıdır.
Milli Məclisin deputatı Aydın Mirzəzadə
bildirib ki, dövlət başçının mövcud şəraitdə ön cəbhəyə getməsi
Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həllinə nə qədər ciddi
diqqət yetirdiyini göstərir.
“Dövlət başçısının ön cəbhədən verdiyi bəyanatlar da
Azərbaycanın bu problemin həllində prinsipial mövqedən geri
çəkilmədiyini, beynəlxalq hüquq normalarına uyğun ərazi bütövlüyünü
təmin etmək üçün bütün imkanlardan istifadə edəcəyini nümayiş
etdirir. Azərbaycan cəmiyyəti də öz Prezidentinə inanır, onun
fəaliyyətini dəstəkləyir və məhz onun apardığı siyasətlə ərazi
bütövlüyümüzün tezliklə təmin olunacağına ümid bəsləyir” - deyə
Milli Məclisin deputatı qeyd edib.
Asif
-
Dünya10:12
İsraili şoka salan taktika: İran bacarmadı, Hizbullah isə görün nələr etdi
-
ABŞ09:54
Tramp ilk dəfə açıqladı: “Putin mənə bu haqda danışırdı, amma əngəllədim”
-
MDB09:18
Rusiyada böhran: Rekord sayda insan müflis oldu
-
Elm və təhsil08:22
Tələbələrə şad xəbər: Bu tarixdən təqaüdlər artırılır - VİDEO
-
Sosial07:15
Ermənilər oğlunun cəsədini vermək üçün nə istəyiblər? - Şəhid anası DANIŞDI
-
Maraq dünyası05:45
Günəş sistemindəki ən böyük fırtına ilə bağlı təəccübləndirən kəşf
-
İKT03:35
“WhatsApp”da daha bir yenilik
-
Sosial02:19
Emin ev qazanan qazi ailəsinin yeni görüntülərini paylaşdı - VİDEO