Nida.az
Ziyafət Əsgərov: “Tolerantlıq Azərbaycan cəmiyyətinin sərvətidir”
“Hazırda bəşəri miqyasda tolerant dəyərlərə münasibət hər bir ölkənin demokratik və sivil məramlara, xalqların birgəyaşayış normalarına münasibətinin bariz təcəssümünə çevrilib”.
Publika.az xəbər verir ki, bu fikirləri Azərbaycan Milli Məclisin sədrinin birinci müavini Ziyafət Əsgərov ulu öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunan “Heydər Əliyev irsi və multikultral dəyərlər” adlı kitabda dərc olunan məqaləsində bildirib.
Z.Əsgərov qeyd edib ki, beynəlxalq anlayışda multikultralizm eyni ölkədə yaşayan xalqların mədəniyyət hüquqlarını tanıyan humanist dünyagörüşü və ona uyğun siyasət kimi qəbul olunur: “Məsələyə bu prizmadan yanaşdıqda, Azərbaycanda müxtəlif millətlərin, dinlərin və mədəniyyətlərin nümayəndələrinin sərbəst yaşamaları üçün bütün zəruri şəraitin yaradıldığını görürük. Tarixən sivilizasiyaların və mədəniyyətlərin qovuşduğu ölkəmizdə etnoslararası ənənəvi dostluq münasibətləri, qarşılıqlı mədəni-mənəvi zənginləşmə, vahid vətənçilik təfəkkürü ətrafında inteqrasiya zaman-zaman Azərbaycanda unikal etno-mədəni və etno-siyasi münasibətlər sistemini, etnik-dini müxtəlifliyə və zəngin milli-mənəvi dəyərlərə malik vahid cəmiyyət tipini, mükəmməl dözümlülük mühitini formalaşdırıb”.
Z.Əsgərov əlavə edib ki, tolerantlıq Azərbaycan cəmiyyətinə əsrlər boyu xas olan böyük sərvətlərdən biridir.
Vasif Həsənli
-
Dünya10:36
Yeni qanun hazırlanır: qiymətləri süni şəkildə artıranlar bu qədər cərimələnəcək
-
Cənubi Qafqaz10:00
Azərbaycan və Ermənistan arasında bölünəcək bu kənddə ölçmə işləri başladı - FOTO
-
ABŞ09:12
Milyarder bəşəriyyəti xəbərdar etdi: Atom bombasından da təhlükəlidir
-
İKT09:00
Bill Qeyts "Microsoft"da gizli işlə məşğuldur - Məlumat SIZDIRILDI
-
MDB08:00
Rusiyada səma çəhrayı rəngə boyandı - FOTO/VİDEO
-
MDB06:46
Rusların kabusuna çevirilən QARAÇI DÜŞƏRGƏSİ - Antaş balaca-böyük bilmədən...
-
Magazin205:15
Madonna Braziliyanı "SİLKƏLƏDİ" - Çimərlikdə və şəhər küçələrində izdiham yaşandı
-
Səhiyyə04:14
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO