Putinin Bakı səfərinin şok səbəbi - MƏNBƏ
Bizi izləyin

Nida.az

Putinin Bakı səfərinin şok səbəbi - MƏNBƏ

“Kreml Qarabağ münaqişəsinin nizama salınmasına dair aralıq planını həyata keçirmək prosesini gücləndirir. Mayın sonuna kimi Rusiya prezidenti Vladimir Putinin Bakıya və İrəvana baş çəkəcəyinə dair informasiya da bu ehtimalı gücləndirir”.

Publika.az
xəbər verir ki, bu barədə rusiyalı politoloq Vitali Arkov deyib.

Onun sözlərinə görə, Moskvanın planı ən az 5 rayonun Azərbaycana qaytarılması və Azərbaycanın nəzarəti altında yaradılacaq Dağlıq Qarabağ muxtariyyəti ətrafında “təhlükəsizlik qayışı”nın yaradılmasıdır: “Bunun qarşılığında Azərbaycanın Avrasiya İqtisadi İttifaqına daxil olması istiqamətində iş başlayacaq”.

Ekspert diqqətə çatdırır ki, Qazaxıstan prezidenti Nursultan Nazarbayev formal səbəb kimi Qələbə Günü bayramında Moskvaya gəldi: “Məlumatlı mənbələrin məlumatlarına görə, əslində bu səfərin məqsədi başqa olub. Belə ki, Nazarbayev Moskvada Azərbaycanın ittifaqa üzvlüyü ilə bağlı geosiyasi sazişin detallarının müzakirəsi məqsədilə olub. Məlum olduğu kimi, Nazarbayev Qarabağ münaqişəsində Azərbaycanın mövqeyini dəstəkləyir. Məsələn Ermənistanın ittifaqa üzv olması zamanı o, Qarabağ məsələsini gündəmə gətirmişdi. O, Əliyevin fikirlərini ifadə edərək, Ermənistanın Qarabağsız üzvlüyünü irəli sürdü”.

Ekspert iddia edir ki, Azərbaycan Avrasiya İttifaqına üzv olarsa, onun vəziyyəti Ermənistandan daha yaxşı olacaq.

“İrəvan tamamilə çarəsizdir və buna görə Moskvaya səssiz-səmirsiz qulaq asır. Bununla yanaşı, artıq reallıqdır ki, indi Qarabağ münaqişəsində mövcud status-kvonu saxlamaq mümkün deyil. Moskva artıq dərk etməlidir ki, İrəvan hazırki hərəkətləri ilə ölkədə hakimiyyət dəyişməsini yaxınlaşdırır. Hazırki prezident Serj Sarkisyan və onun Qarabağ komandası utanmadan Kremli “sağırlar”, - deyə ekspert qeyd edib.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm