Nida.az
Vyanada Qarabağ görüşü: Prezidentlər hansı detalları müzakirə edə bilər?
“Prezidentlərin Vyanada görüşü baş tutarsa, əsas məsələ
yenə də atəşkəsə əməl olunması ilə bağlı olacaq”.
Bu barədə Publika.az-a açıqlamasında politoloq
Arzu Nağıyev deyib.
Onun sözlərinə görə, tezliklə konkretləşdirilmiş qərar qəbul
ediləcəyi inandırıcı görünmür: “Bu görüşün keçirilməsini ilk
növbədə məhz ATƏT-in Minsk qrupunun həmsədrləri və Ermənistan
tərəfi daha çox istəyir. Bu həm ATƏT-in hesabatı üçün, həm də
Ermənistanda yaranmış çətin bir durumla bağlıdır. Görüşdə ATƏT-in
Minsk qrupunu təmsil edən dövlətlərin xarici işlər nazirlərinin də
iştirakı gözlənilir və bu vacib məsələdir. Təbii ki, bu görüşə
prezidentlərin, o cümlədən Azərbaycan prezidentinin razılıq verməsi
mühüm məsələdir. Azərbaycan bu görüşə bizi qane edən şərtləri diktə
edən tərəf kimi gedir. Bura BMT-nin qətnamələrinin yerinə
yetirilməsi üçün mexanizm, Madrid və ya Kazan prinsipləri də
daxildir. Bizim əsas şərtimiz ərazi bütövlüyümüz və
suverenliyimizdir”.
Politoloq qeyd edib ki, Ermənistan Rusiyanın forpostu kimi çıxış
edəcək: “Bununla onların havadarların da mövqeyi aydınlaşa bilər.
Bundan başqa yəqin ki, ermənilər terrorçu qurum olan “DQR”-i tərəf
kimi qələmə verməyə çalışacaqlar və bu da birmənalı şəkildə bizim
tərəfimizdən qəbul edilməsi mümkün olmayan şərtdir. Bir sözlə
konstruktiv danışıqların keçirilməsi mühüm bir addımdır, sülh yolu
ilə əldə edilməsi mümkün olmayan məsələlər, güc nümayiş etdirməklə
təcavüzkarın danışıqlar masasına əyləşdirilməsi ilə başa çata
bilər”.
Qeyd edək ki, Azərbaycan və Ermənistan prezidentlərinin görüşü
mayın 16-da Vyanada nəzərdə tutulur.
Asif
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər