Nida.az
Xələf Xələfov: Azərbaycan çox yaxında qələbə qazanacaq
Dağlıq Qarabağ münaqişəsi Ermənistan və onun havadarları tərəfindən yaradılıb ki, münaqişəni idarə etsinlər və bu kontekstdə öz maraqlarına nail olsunlar.
Trend-in məlumatına görə, bunu Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov bu gün Milli Məclisdə keçirilən "Təmas xəttində son hadisələr: Beynəlxalq humanitar hüququn problemləri" adlı dinləmələrdə deyib.
X.Xələfov bildirib ki, beynəlxalq birlik bu problemin diplomatik yolla həllinin mümkünlüyünü görür.
Nazir müavini deyib ki, Azərbaycanın xarici siyasəti sülsevər siyasətdir, amma Ermənistan sülhə əməl etmir: "Ermənistanın sülhə gətirilməsi üçün beynəlxalq birliyin təsiri olmalıdır. Bu olmasa, məsələnin sülh yolu ilə həlli mümkün deyil. Dünya birliyi bunu dərk edir. Bu, Azərbaycanın siyasəti nəticəsində baş verir. Biz siyasi yola üstünlük verəcəyik. Amma daim atəş altında yaşamaq da Azərbaycan xalqının haqqı deyil".
X.Xələfov əlavə edib ki, Azərbaycanın qüdrətlənməsi imkan verəcək ki, diplomatik yollardan daha səmərəli istifadə etsin.Əks halda Azərbaycan beynəlxalq hüquqdan istifadə etməklə öz ərazi bütövlüyünü təmin edəcək.
O qeyd edib ki, Azərbaycanın bu münaqişədə qələbə çalması çox yaxında baş verəcək.
-
ABŞ13:55
Seçkiqabağı sorğu: İkisindən biri 10 faiz öndədir
-
Dünya13:20
Peter Siyarto Makrona qarşı çıxdı
-
Sosial12:35
Əmlak bazarında “tilov effekti” - Yanvardan tətbiq olunan bu qərar insanları qorxuya salıb
-
Art12:06
Azərbaycan teatrının “sarı simi” – Onun gözlərinə baxa bilmirdim
-
Dünya11:20
İnauqurasiyadan sonra Putinin ilk xarici səfəri: Tarix açıqlandı
-
Magazin210:44
Məşhur aparıcı millət vəkili ilə evlənir - FOTO
-
İqtisadi gündəm10:22
Azərbaycandan toyuq əti bu ölkələrə göndərilə bilər: Bahalaşacaq
-
Sosial10:05
“Green card”a müraciət edənlərin NƏZƏRİNƏ