Nida.az
Tomas de Vall: “Qarabağda müharibə yenilənə bilər” - MÜSAHİBƏ
“Karnegi” fondunun Cənubi Qafqaz və Asiya üzrə eksperti,
britaniyalı jurnalist Tomas de Vall Dağlıq Qarabağ münaqişəsi
ətrafındakı vəziyyətlə bağlı Rusiya KİV-nə müsahibə verib.
Publika.az həmin müsahibəni təqdim edir.
- Qarabağ zonasında gərginlik bir qədər yatıb. Bu sakitlik
uzun müddət davam edə bilərmi?
- Qorxuram ki, yox. Vəziyyət hələ də kövrək olaraq qalır. Həqiqətən
də münaqişənin yenilənməsinə dair qorxular var. Azərbaycan yeni
siyasi prosesin başlanmasını istəyir, erməni tərəfi atəşkəsin
möhkəmləndirilməsini. Qorxuram ki, yaxın aylarda münaqişəyə dair
ciddi sıçrayış olmayacaqsa, müharibə yenilənə bilər. Vəziyyət
həqiqətən də ekstremaldır.
- Necə düşünürsünüz, bu vəziyyətdə Rusiyanın maraqları
nədir? Moskva müharibəyə qarışacaqmı? Ümumiyyətlə Rusiya
münaqişənin həllini, yoxsa eskalasiyasını istəyir?
- Bu barədə nəsə demək çətindir. Amma bir məsələni inamla demək
olar: Ukrayna və gürcü münaqişələrindən fərqli olaraq Qarabağda
vəziyyəti Rusiya idarə etmir, orada onun sülhməramlıları yoxdur.
Bundan başqa, Rusiyanın hər iki ölkədə maraqları var. Düşünürəm ki,
münaqişənin yenilənməsi Rusiyaya dəqiq lazım deyil. Çünki onun
Ermənistanla hərbi öhdəlikləri var, Azərbaycanla isə
münasibətlərini korlamaq istəmir. Yeni müharibədə Rusiya hər iki
tərəfi dəstəkləməyə məcbur olacaq ki, bu da onun maraqlarına uyğun
deyil. Ehtimal ki, Rusiya münaqişənin həllini istəyir. Lakin o
şərtlə ki, bu, onun təşəbbüsü altında baş verməlidir. Mümkündür ki,
Rusiya münaqişə zonasına öz sülhməramlılarını yerləşdirmək və
Cənubi Qafqazda öz təsirini gücləndirmək istəyir. Lakin son söz
İlham Əliyev və Serj Sarkisyanındır. Fikrimcə, onların heç biri
müharibə istəmir. Lakin müharibənin başlama riski böyükdür və bu
hər an baş verə bilər.
- Regionda Türkiyə, İran kimi ölkələr hansı addımı ata
bilər?
- Türkiyə yeni müharibədə dəqiq maraqlı deyil. O, Azərbaycanı qəti
şəkildə dəstəkləyir. Türkiyə amili Azərbaycanın
sakitləşdirilməsində rol oynaya bilər. İrana gəlincə, o, regionda
yeni amildir. İran yavaş-yavaş regiona qayıdır, lakin bu proses
yavaş gedir. İran da müharibədə maraqlı deyil, çünki hər iki ölkə
ilə qonşudur. Ümid edirəm ki, İran daha dinamik rol oynaya
bilər.
- Ümumiyyətlə münaqişənin xüsusiyyətləri
nədir?
- Burada milli emosiyalar güclüdür, hər iki tərəfdə xalq Qarabağla
nəfəs alır. Bu baxımdan, ictimaiyyətin liderlərə təsiri böyükdür.
Ermənistanın torpaqları işğal etməsi Azərbaycan üçün
qəbuledilməzdir. Ümumiyyətlə münaqişə mürəkkəb coğrafiyada
yerləşir.
Asif Nərimanlı
-
Magazin215:00
Alla Puqaçova ilə bağlı şok iddia - 20 milyon dollarlıq əntiq əşyaları...
-
İdman14:10
Ronaldo bir qələbə ilə həm rekord vurdu, həm də Ramosa çatdı
-
Hadisə12:30
Hacıqabulda son vəziyyət necədir? - FHN məlumat yaydı - VİDEO
-
Nəqliyyat12:25
DİQQƏT! Bakıda bir sıra küçələrdə avtomobillərin hərəkət istiqaməti dəyişdiriləcək
-
Magazin212:10
Monika Belluççi sevgilisi ilə əl-ələ - FOTO
-
Hadisə12:00
Azərbaycanın sərhəd bölgələrində TƏHLÜKƏ - VİDEO
-
Ekologiya11:50
Bakıda yağış yağacaq, külək əsəcək - PROQNOZ
-
Ekopublika.az10:59
Azərbaycanda əhali pulu daha çox hansı məhsullara xərcləyir? - STATİSTİKA