İlham Əliyev və Rəcəb Təyyib Ərdoğan mühüm mesajlar verdilər - Video
Bizi izləyin

Nida.az

İlham Əliyev və Rəcəb Təyyib Ərdoğan mühüm mesajlar verdilər - Video

"Qarabağ münaqişəsinin həllində Türkiyənin mövqeyi dəyişməzdir" - Mətbuat konfransı

Dağlıq Qarabağ münaqişəsinin həllində Türkiyənin mövqeyi dəyişməzdir. Publika.Az xəbər verir ki, bunu Azərbaycanda səfərdə olan Türkiyənin baş naziri Rəcəb Təyyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi birgə mətbuat konfransında deyib.

Baş nazir bildirib ki, Türkiyə bu vaxta qədər Dağlıq Qarabağ probleminin həlli üçün necə çalışıbsa, bundan sonra da eyni əzmlə çalışacaq.Ərdoğan onu da qeyd edib ki, Türkiyənin bu məsələdə güzəştə getməsi əsla mümkün deyil.

Hər iki tərəfdən bir jurnalistə sual vermə imkanı yaradılıb. Sualların hər ikisi əsasən nurçuluqla bağlı olub.Həm Ərdoğan, həm də İlham Əliyev heç bir ad çəkmədən sualı diplomatik şəkildə cavablandırıblar və bir yerdə olduqlarını bəyan ediblər.

İlham Əliyev bildirib ki, baş nazir Ərdoğanla gələn ay da, digər aylarda da görüşləri ola bilər: "Biz qardaşıq və belə görüşlərin keçirilməsi çox təbiidir. Elə bir məsələ yoxdur ki, biz onu müzakirə edə bilməyək. Bizim əlaqələrimizə zərrə qədər zərər verəcək addımları qəbul etmirik, etməmişik və etməyəcəyik”.

Baş nazir Ərdoğan isə suala qısa cavab verib və bildirib ki, ortada bir sıxıntı var və hər iki ölkəni narahat edəcək durum varsa demək ki, müzakirə də edilib

Azərbaycan prezidenti İlham Əliyev Türkiyə baş nazirinin bələdiyyə seçkilərindən sonra ilk səfərinin Azərbaycana etdiyindən məmnun olduğunu bildirib.

Ərdoğanla görüşdə hərbi əməkdaşlıq məsələlərinin müzakirə olunduğunu deyən dövlət başçımız bu sahədə böyük potensial olduğunu deyib. Azərbaycan torpaqlarında erməni işğalının davam etdiyini deyən İlham Əliyev beynəlxalq ədalətsizliyin davam etdiyini dilə gətirib.

Türkiyə baş naziri də bələdiyyə seçkilərindən sonra ilk səfərini Azərbaycana etdiyinə görə, məmnun olduğunu dilə gətirib. Azərbaycan-Türkiyə arasında ikitərəfli münasibətlərin müzakirə edildiyini deyən baş nazir enerji sahəsindəki yüksək əməkdaşlıqdan söhbət açıb. O, TANAP qaz kəməri layihəsinin də ölkələr arasındakı əməkdaşlığı daha da genişləndirəcəyini deyib.

Ərdoğan Azərbaycan prezidenti ilə Dağlıq Qarabağ məsələsinin də müzakirə olunduğunu deyib.

İlham Əliyev TANAP layihəsinin həyata keçirilməsində iki ölkənin göstərdiyi iradənin mühüm əhəmiyyət kəsb etdiyini bildirib. O, 2018-ci ildə boru kəmərinin istismara verilməsinə ümid etdiyini bildirib. Azərbaycan dövlət başçısı layihənin icrası ilə bağlı işlərin qaydasında getdiyini qeyd edib. “Dünya yerimizi möhkəmləndirmək üçün birliyimiz bundan sonra da davam edəcək. Biz həmişə bir-birimizin yanındayıq. Qardaşlar onsuz da bir yerdə olmalıdır və bu belədir”.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm