Nida.az
Prezident: “Bu, torpaqlarımızın işğaldan azad edilməsi deməkdir”
Türkiyə-Azərbaycan əlaqələri yüksək səviyyədə inkişaf edir.
Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Türkiyənin Baş naziri Binəli Yıldırımla birgə mətbuata bəyanatla çıxışında deyib.
Dövlətimizin başçısı qeyd edib: "Bu il mən üç dəfə Türkiyədə səfərdə olmuşam. Hörmətli Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edib. Bu il artıq yüksək səviyyəli beş görüş keçirilib. Bu da özlüyündə bir göstəricidir ki, Türkiyə-Azərbaycan əlaqələri yüksək səviyyədə inkişaf edir və yüksək səviyyədədir".
İlham Əliyev hesab edir ki, dünyada Türkiyə ilə Azərbaycan kimi bir-birinə yaxın olan ikinci ölkələr tapmaq mümkün deyil: "Bütün sahələrdə əməkdaşlıq, işbirliyi davam edir, biz daim bir-birimizin yanındayıq, bir-birimizi dəstəkləyirik. Bütün beynəlxalq təşkilatlarda birlikdə fəaliyyət göstəririk".
Azərbaycan Prezidenti xatırladıb ki, bu yaxınlarda Türkiyədə İslam Əməkdaşlıq Təşkilatının Zirvə görüşü çərçivəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çox önəmli qərar qəbul edilib, təmas qrupu yaradılıb: "Türkiyənin bu qərarların qəbul olunmasında çox böyük rolu olub. Türkiyə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində daim Azərbaycanın yanındadır və biz bu dəstəyə görə minnətdarıq".
Dövlətimizin başçısı bildirib ki, uzun illər Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazisi işğal altındadır, bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb: "Bizə qarşı etnik təmizləmə siyasəti aparılıb. Torpaqlarımızın 20 faizi 20 ildən çoxdur ki, işğal altındadır. Baxmayaraq ki, Beynəlxalq təşkilatlar, ilk növbətə, BMT müvafiq qərar və qətnamələr qəbul ediblər, ancaq məsələ öz həllini tapmayıb. BMT 4 qətnamə qəbul edib və həmin qətnamələrdə göstərilir ki, erməni silahlı qüvvələri işğal edilmiş torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarılmalıdır. O qətnamələrin qəbul olunmasından 20 ildən çox vaxt keçir, ancaq bu qətnamələr kağız üzərində qalır. Nəyə görə? Çünki ikili standartlar var, ayrı-seçkilik göstərilir. Bəzi hallarda BMT-nin qətnamələri bir gün ərzində icra edilir. Amma bizə gəldikdə bu, 20 ildən çoxdur ki icra edilmir. İşğalçı dövlətə heç bir sanksiya tətbiq edilmir. Bu bir ədalətsizlikdir".
Prezident qeyd edib ki, Azərbaycan öz prinsipial mövqeyini gücləndirir, siyasi, iqtisadi, hərbi üstünlüyü əldə edib: "Aprel döyüşləri bunu bir daha göstərib. Ermənistanın hərbi təxribatı cavabsız qalmayıb, Azərbaycan Ordusu əks-hücum əməliyyatı keçirib və əks-hücum əməliyyatı nəticəsində 20 kvadratkilometrdən çox ərazi işğalçılardan təmizləndi, bundan bir neçə dəfə böyük ərazi də Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçdi. Biz çalışırıq və çalışacağıq da ki, bu məsələ sülh yolu ilə, danışıqlar yolu ilə həll edilsin. Status-kvo qəbuledilməzdir, dəyişdirilməlidir. Status-kvonun dəyişdirilməsi işğal edilmiş ərazilərimizdən erməni silahlı birləşmələrinin çıxarılması deməkdir".
İlham Əliyev deyib ki, Azərbaycan, öz növbəsində, bütün məsələlərdə Türkiyəni dəstəkləyir, Türkiyənin yanındadır, bəzi hallarda Türkiyəyə qarşı edilən ədalətsizliyə Türkiyə qədər heyfislənir və öz sözünü deyir.
-
Magazin209:48
Məşhur reper güllələndi: qatil hadisəni lentə aldı - ANBAAN VİDEO
-
Magazin109:00
Əməkdar artistin nəvəsi ilə MARAQLI VİDEOSU
-
ABŞ08:12
1 dollara satılan Panama kanalı - Tramp onu GERİ QAYTARACAQ
-
Magazin105:45
Bu da Röya Ayxanın "Qızı" - VİDEO
-
Magazin201:41
Məşhur müğənnidən büstqaltersiz dərin dekolteli FOTOLAR
-
Hadisə00:30
Azərbaycanda toy evində KÜTLƏVİ DAVA - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Bu səhvi etsəniz, sevgilinizlə münasibətiniz çətinləşəcək
-
Magazin221 Dekabr 23:12
İş adamı Dubayda görün kiminlə ailə qurdu - FOTO