Jirinovski azərbaycanlılardan xaş istədi: "Bu qədər restoranınız var"
Bizi izləyin

Nida.az

Jirinovski azərbaycanlılardan xaş istədi: "Bu qədər restoranınız var"

Vladimir Jirinovskidən etiraf: “Ermənilər hər səhər mənim üçün xaş gətirirlər”


“Ermənilər hər səhər mənim xaşımı gətirir”. Moskvadakı Azərbaycan diasporunun nümayəndələrindən biri Publika.Az -a deyib ki, bu barədə Vladimir Jirinoviski azərbaycanlılara irad tutarkən deyib.

Vladimir Jirinoviskinin Azərbaycana qarşı son iddialarından yola çıxaraq onunla bağlı bəzi maraqlı məlumatlar əldə etmişik.

Jirinoviski ermənilərin hər səhər ona xaş gətirdiyini özü deyib və azərbaycanlılara “Moskvada bu qədər restoranınız var, amma bir dəfə səhər mənə xaş gətirdiyinizi görmədim” deyə irad tutub.

Jirinoviskinin partiyasının əsasən ermənilərlə işlədiyi məlumdur. Hətta bir neçə il öncə onun partiyasından yüksək vəzifə tutan bir erməni həbs edilmişdi.

Diaspor fəalı deyir ki, Rusiyadakı tanınmış azərbaycanlılar Jirinoviski ilə işləməkdən imtina edirlər. Onu qeyri-ciddi adam gözündə görməklə yanaşı, buna səbəb Jirinoviskinin Kremlin adamı olması, yəni “xətadan uzaq durmaq” prinsipidir.

“Burda diaspor rəhbərliyində olanlar, xüsusilə Rusiyada biznes qurmuş azərbaycanlıların adətən Kremlin istəyinə zidd addım atmırlar. Əgər Kreml Jirinoviskinin arxasından çəkilsə, vəziyyət başqa cür olardı. Jrinoviski də bundan istifadə edir. Onun azərbaycanlılara qarşı münasibətinin səbəbləri bir qədər qəribədir. Burda daha çox şəxsi məsələ üstünlük təşkil edir. Hətta bir dəfə bizimlə görüşəndə “bu qədər restoranınız var, amma mənim xaşımı hər səhər ermənilər gətirir” deyə bildirmişdi. Yarızarafat, yarıciddi azərbaycanlılara münasibətinin dəyişməsi üçün bizdən xaş qonaqlığı da istəmişdi”-deyə adının açıqlanmasını istəməyən azərbaycanlı bildirir.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm