Arif Rəhimzadə prezidentlərin görüşündən DANIŞDI
Bizi izləyin

Nida.az

Arif Rəhimzadə prezidentlərin görüşündən DANIŞDI

Milli Məclisin Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu rəhbərinin müavini, Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının və İdarə Heyətinin üzvü Arif Rəhimzadə bu ayın sonunda Sankt-Peterburqda Azərbaycan, Ermənistan və Rusiya prezidentləri arasında keçirilməsi gözlənilən üçtərəfli görüşlə bağlı fikirlərini açıqlayıb.

A.Rəhimzadə Publika.az-a açıqlamasında bildirib ki, belə bir görüşün keçirilməsi müsbət haldır.

Deputat deyib ki, münaqişənin danışıqlar yolu ilə həll edilməsi daha sərfəlidir: "Hər halda müharibədənsə, danışmaq faydalı olardı. Dəqiq deyə bilmərəm ki, indi Rusiya Ermənistana nə qədər təsir edə bilər. Çünki əsas məsələ ondan ibarətdir ki, bu gün Rusiya Ermənistana təzyiq etmək istəyirmi? Bu, vacib məqamdır. Ancaq hesab edirəm ki, Ermənistanla təmas xəttində baş vermiş aprel döyüşləri münaqişənin həllində ümid yaradıb".

Xatırladaq ki, bu il iyun ayının sonlarında Sankt-Peterburqda Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin Dağlıq Qarabağ nizamlanması üzrə üçtərəfli görüşünün keçirilməsi planlaşdırılır.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm