AŞPA həmməruzəçiləri Azərbaycandadır
Bizi izləyin

Nida.az

AŞPA həmməruzəçiləri Azərbaycandadır

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçiləri Ştefan Şennah və Sezar Florin Predanın Azərbaycana səfəri başlayıb.

AŞPA-nın mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, iyunun 15-dən 17-dək davam edəcək səfər zamanı həmməruzəçilərin Milli Məclisin sədri Oqtay Əsədov, baş prokuror Zakir Qaralov, ədliyyə naziri Fikrət Məmmədov, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovla görüşləri planlaşdırılır.

Həmməruzəçilərin həmçinin vətəndaş cəmiyyəti, KİV nümayəndələri, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvləri və parlamentdə təmsil olunmayan müxalifət partiyalarının rəhbərləri ilə görüşləri nəzərdə tutulub.

Ş.Şennah, S.Preda və belçikalı deputat Alan Desteks AŞPA-nın müşahidəçiləri qismində 90 saylı Ağdaş seçki dairəsi üzrə iyunun 18-də keçiriləcək təkrar parlament seçkilərini də müşahidə edəcəklər.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm