Kişi qıtlığı, “səhv xəstəliyi”, avstraliyalı gəlin və böyük olan atalar
Bizi izləyin

Nida.az

Kişi qıtlığı, “səhv xəstəliyi”, avstraliyalı gəlin və böyük olan atalar

Kişi qıtlığı, “səhv xəstəliyi”, avstraliyalı gəlin və böyük olan atalar

Lap əvvəldən başlayacam. Kişilərin az olduğu, qadınların var dövlət üçün deyil də, kişi uğrunda mübarizə apardığı, dünyanın ən küncündə yerləşən, xəritədə axtaranda gözlərimizin həmişə aşağıya doğru getdiyi və səyahət siyahımızda ilk pillələri zəbt edən (əslində hansımızın belə siyahısı yoxdur ki?! Hər-halda yuxularımızda istədiyimiz ölkəyə getmək və buna görə pul ödəməmək haqqımız həmişə qalır), həmişə haqqında "gözəlliklər diyarı" deyə bəhs edilən, amma tarixə kenquruları ilə düşən, əksər azərbaycanlının qadınlarından öncə kenquruları ilə tanış olduğu Avstraliya.

Məsələni bu qədər uzatmamın səbəbi bu həftə "kenqurular ölkəsi" ilə bağlı xəbərin oxucularımız arasında "əl-əl" gəzməsidir.

Deməli, bir "McCrindle" şirkəti var. İlin-günün bu vaxtında, Suriyada döyüşlərin getdiyi, Ukraynada silahların yenidən qınından çıxdığı, NATO-nun Rusiyaya qarşı müharibəyə hazırlaşdığı, nüvə savaşı ehtimalının hər gün daha da böyüdüyü dövrdə işini-gücünü ataraq, araşdırma aparıb. Sonra da dünyaya bəyan edib ki, bəs Avstraliyada qadınların sayı kişilərdən çoxdur. Hətta ölkənin 8 əyalətinin 6-da qadınlar kişiləri 100 min sayla qabaqlayır. Son iki ildə isə bu ölkədəki qadınlar üçün bahar gəlmir ki, gəlmir, yəni 20-35 yaş arasındakı qadınlar özlərinə ər tapa bilmirlər. (http://publika.az/p/141860).

İyulun 3-də "Bu ölkədə kişi qıtlığı yaşanır" başlığı ilə təqdim etdiyimiz xəbər sözün əsil mənasında göylərdə uçurdu. Oxucular, güman ki, kişi oxucular xəbərin içindən çıxa bilmirdi. Ehtimallara görə, bir çox kişi oxucularımız xəbərin içində ilişib qaldıqları üçün həmin gün Avropa çempionatı çərçivəsində keçirilən İslandiya-Fransa oyununa da baxa bilmədilər. Hansı ki, vikinqlər ölkəsi bu yarışın bəzəyi idi (http://publika.az/p/142172) və çempionata vida etdikləri həmin oyuna baxmağa dəyərdi.

Bu məsələdə biz günahkarıq, amma bu qədər qadın... yox ey, xəbər hərisi olan oxucular təqsiri bir az da özlərində axtarmalıdırlar. İndi deyə bilərsiniz ki, oxucular necə xəbərin içindən çıxa bilməyib?

Məsələ təxminən belə olub: "Bu ölkədə kişi qıtlığı yaşanır" xəbərini görən kimi dərhal açıblar, əvvəlcə oxuyub məsələdən xəbərdar olublar, sonra içəridə verdiyimiz fotolarda Avstraliyaya gedərək, evlənə biləcəkləri xanımı seçməyə başlayıblar. Yəqin ki, bir az "mentalitetə" yaxın olanlar seçdikləri fotoları analarına göstərərək, "gələcək gəlininlə tanış ol" da deyiblər. Sonra ailə iclası qurulub, atalar Avstraliyanın uzaq olmasından, analar oğlunun seçdiyi xanımın çox gülməsindən (fotolarda xanımların əksəriyyəti gülürdü) narazılıq ediblər, qonşular yığılıb, qohum-əqrəba xeyirli olsun deməyə gəlib, beləcə zaman uzanıb, İslandiya da Fransaya 3:0 hesabı ilə məğlub olub.

Eşqi daşa dəyən oxucu da "nədən böylə saçların bəyazlanmış arkadaş, sana da bənim kimi içdirənmi var" mahnısının sədaları altında butulkaya sarılıb.

Təxminlərimiz bizi yanıltmırsa belə olub. Bu fikrə gəlməyimizə səbəb, oxucularımızın kişi qıtlığı olan ölkə xəbərindən sonra üz tutduğu xəbərin "Hacılar üçün araq buraxıldı" olması idi. Xəbərdə deyilir ki, Rusiyada müsəlman əhalisi üçün "spirtsiz araq" istehsal olunur. "Hacı arağı" adlandırılan arağın şüşəsinin üzərində spirtin miqdarı "0" olaraq göstərilir. (http://publika.az/p/141908).

Qəribə məmləkətdə yaşayırıq, elə oxucularımız da qəribəlikləri ilə bizi təəccübləndirməkdə davam edirlər.

O qədər qəribəyik ki, içkiyə və qadına sevgidən dərhal sonra dinə bağlılıqlarımız ortaya çıxır. Bu həftənin Ramazan bayramı ilə yadda qaldığını yəqin ki deməyə ehtiyac yoxdur. Amma eşqi daşa dəyən oxucularımız oruc tutanlar üçün əhəmiyyətli olan "Ay sabah yox, bu axşam görünəcək - Rəsədxana rəhbərinin SƏHVİ" xəbərini elə sevə-sevə oxudular ki, ayamı, onun görünməsinəmi, yoxsa rəsədxana rəhbərinin səhvinəmi diqqət edəcəyimizi bilmədik. (http://publika.az/p/142098).

Deməli, Qafqaz Müsəlmanları İdarəsi bayram namazının bir vaxtda qılınacağını, rəsədxana isə ayın başqa vaxt görünəcəyini açıqladılar. Jurnalistlər məsələni dəqiqləşdirmək üçün operativ addımlar atmağa başladı, ara qarışdı, məzhəb isə itmədi. Sonda hər şey aydınlaşdı və kimin səhv, kimin həqiqət carçısı olduğu aydınlaşdı. Bizim aydıpnlaşdıra bilmədiyimiz isə oxucularımızın nəyi oxuyub, nəyə ağız büzdükləri, nəyi sevib, nəyə etinasız yanaşdıqlarıdır.

Səhv demişkən, fikrimizcə günahı rəsədxana rəhbərində axtarmaq da bir az ədalətsiz olardı. Çünki ötən həftə dünya mediasının da manşetlərinə çıxan azərbaycanlı həkimin xəstənin sol ayağı əvəzinə sağı kəsməsindən sonra "səhv etmək" yoluxucu xəstəlik kimi yayıldı. Hətta Türkiyə xafrici işlər naziri Mövlud Çavuşoğlu da səhv etdi. Əvvəlcə dedi ki, "İncirlik" Rusiya təyyarələri üçün açılacaq, sonra sözlərinin səhv anlaşıldığıbı bəyan etdi. (http://publika.az/p/141958). Türkiyənin NTV kanalı "Kəpəz" komandasını erməni komandası olaraq göstərdi (http://publika.az/p/142455), "Hüriyyət" qəzeti də eyni səhvi etdi, sonra səhvlərini düzəldərək, üzr istədilər. (http://publika.az/p/142380). İş o yerə qədər çatdı ki, Putin belə səhv qanunu imzaladı. (http://publika.az/p/142183). Bu gün isə eyni səhvi ABŞ təyyarələri etdi. Belə ki, amerikalı pilotlar Suriyada mövqeləri səhv salaraq İŞİD əvəzinə kürdləri bombalayıb. (http://publika.az/p/142541).

Oxucularımız üçün isə həftənin ən "bomba" xəbərləri musiqi festivalında 40 qadına təcavüz edilməsi (
http://publika.az/p/142248), Bülənt Ərsoyun necə qadına çevrilməsi (http://publika.az/p/142362), bütün qadınların bədənlərini satdığı kənd (http://publika.az/p/142328), 26 yaşlı modelin 62 yaşlı ərinə xoş gəlmək üsulu (http://publika.az/p/142318) və Erməni ilə ailə quran azərbaycanlı qızın məsləhəti (http://publika.az/p/142470) oldu.

Biz nə deyirik, siz nəyə baxırsınız?! "Bomba"lardan uzaqlaşa bilmirsiniz ki, bilmirsiniz. Amma narahat olmayın, ürəyiniz nə istəyir, onu da oxuyun, "həyatınız üçün təhlükəlidir" deyə xəbərdarlıq edilməyəcək. Çünki bu ifadə Səhiyyə Nazirliyinin inhisarındadır. Biz sadəcə uzun yaşamaq üçün bəzi məsləhətlər verə (
http://publika.az/p/141977), bəzən də bir az kədərləndirə bilərik...

Ataların qızlarının saçlarını hördüyü kimi, onlara nağıllar danışması, divlərdən qoruması, kiçik çarpayıda uşaqlaşaraq yatması, filmlər düzəltməsi, kinolar çıxarması, öyrətməsi, sevməsi, sevindirməsi, qoruması və onlar üçün yaşaması kimi. (
http://publika.az/p/142174).

Atalar həmişə böyük olur, nədənsə...

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm