Nida.az
İmtahan nəticələri nə vaxt açıqlanacaq?
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyul ayının 15-də 2016/2017 ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olmaq istəyən cari ilin məzunları üçün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirib.
TQDK-dan Publika.az-a verilən məlumata görə, dəfələrlə xəbərdarlıq edildiyinə baxmayaraq, bəzi abituriyentlər sənədlərini gətirmədikləri üçün imtahana buraxılmayıb. Həmçinin imtahana köməkçi vasitələr, o cümlədən mobil telefon gətirən, imtahanın gedişi zamanı köçürməyə cəhd edən, imtahan qaydalarına zidd hərəkətlərə yol verən abituriyentlər imtahandan xaric olunub və nəticələri ləğv edilib.
İyulun 16-dan etibarən Komissiyada imtahan protokollarının və cavab kartlarının emalı aparılacaq. Nəticələrin yaxın günlərdə elan edilməsi nəzərdə tutulur. İyulun 15-də ali təhsil müəssisələrinin I və IV ixtisas ixtisas qrupları üzrə keçirilmiş qəbul imtahanlarında (cari ilin məzunları üçün) istifadə olunmuş test tapşırıqlarının düzgün cavabları ilə bu linklərdən tanış ola bilərsiniz.
Azərbaycan bölməsi - I qrup
http://eservices.tqdk.gov.az/exam/2016/1_4_15iyul/a1ei.htm
Azərbaycan bölməsi - IV qrup
http://eservices.tqdk.gov.az/exam/2016/1_4_15iyul/a4ei.htm
Rus bölməsi - I qrup
http://eservices.tqdk.gov.az/exam/2016/1_4_15iyul/r1ei.htm
Rus bölməsi - IV qrup
http://eservices.tqdk.gov.az/exam/2016/1_4_15iyul/r4ei.htm
-
Magazin120:00"Bağda gördüyüm ilanı öpüb tumarladım"
-
Ekologiya19:55Nazirlikdən hava ilə bağlı ƏHALİYƏ MÜRACİƏT
-
Sosial19:12Azərbaycanda bunun cinayət olduğunu deyib - Ağlagəlməz fırıldağa əl atdı
-
Ekologiya18:24Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edildi
-
Rəsmi xronika17:16Xankəndidə iş əlcəkləri istehsalı müəssisəsinin açılışı oldu - FOTO/YENİLƏNDİ
-
Rəsmi xronika16:38“Mənim qızımı niyə gətirməmisən, görərdim” - Video
-
Rəsmi xronika15:09Müstəqillik böyük nemətdir, böyük nailiyyətdir - İlham Əliyev
-
Qoroskop15:00Kişilər bu bürclərin qadınlarına "yox" deyə bilmirlər



































