Kerri ilə Putin arasında Qarabağ müzakirəsi
Bizi izləyin

Nida.az

Kerri ilə Putin arasında Qarabağ müzakirəsi

ABŞ-ın xarici işlər naziri Con Kerri Rusiyaya səfərinin nəticələrini açıqlayıb.

Publika.az xarici mediaya istindən xəbər verir ki, dövlət katibi C.Kerri "NBC"-yə müsahibəsində bildirib ki, Rusiyaya səfər zamanı keçirilən görüşlərdə Suriya böhranı, NATO-Rusiya münasibətləri, beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.

Amerikalı diplomat görüşün faydalı keçdiyini bəyan edib.

C.Kerri Rusiya prezidenti Vladimir Putin və rusiyalı həmkarı Sergey Lavrovla keçirdiyi görüşlərdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin də müzakirə olunduğunu söyləyib: "Görüş zamanı Dağlıq Qarabağ ətrafında yaranan son vəziyyət, həmçinin aparılan sülh danışıqları nəzərdən keçirilib. Bilirsiz ki, ABŞ və Rusiya bir sıra məsələlərdə olduğu kimi, Dağlıq Qarabağ probleminin həlli ilə bağlı da birgə iş aparırlar".

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm