VHP üzvü: “Sabir Rüstəmxanlı ilə razılaşmadığımız məqamlar var”
Bizi izləyin

Nida.az

VHP üzvü: “Sabir Rüstəmxanlı ilə razılaşmadığımız məqamlar var”

VHP üzvü: “Sabir Rüstəmxanlı ilə razılaşmadığımız məqamlar var”

“Sabir Rüstəmxanlınını Müsavat və AXCP haqqında dedikləri Əli Kərimli və İsa Qəmbərin fərdi münasibətlərindən irəli gələn məsələdir. Bu, VHP mövqeyi deyil”.

Bu barədə Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Ali Məclisinin sədri, Milli Şuranın üzvü Rafiq Manaflı Publika.Az -a açıqlamasında VHP sədrinin Müsavat və AXCP haqqında dediklərinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Müsavat və AXCP hərəkatdan çıxan partiyalardır: “Amma bu gün partiya başında duranlar öz qurultaylarında partiya üzvləri tərəfindən seçilən adamlardır.

Biz eyni cəbhədə olan adamlardıq. Nə qədər başqalarını günahlandırırqsa, eyni dərəcədə özümüzü günahlandırmalıyıq. Qalib gələ bilmiriksə, ümum müxalifətinin zəif düşməsində kimisə suçlayırıqsa, özümüzün də üzərinə məsuliyyət düşür.

1994-cü ildən ümumi hərəkatın içərisindəyik. Müxtəlif münasibətlər, razılıq və narazılıqlar olub. Bunlar da insanların bir-birinə qarşı fərdi münasibətlərini formalaşdırıb. Bu gün Sabir bəy digər partiya sədrləri ilə görüşür də, münasibətləri də var.

Konflikt yoxdur, hadisələrə ümumi və fərdi baxış var. Partiyanın ideologiyasının nəticəsidir ki, diametral fərqlənən fikirlər var. VHP-də bu məsələlər başqa cür qurulub. Müxtəlif fikirlilik, həmrəylik ideologiyasının yeritdiyi xəttini nəticəsidir”.

R. Manaflı qeyd edib ki, Sabir Rüstəmxanlı ilə razılışıb-razılaşmadığımız məqamlar var, amma o, belə məsələlərdə tolerantlıq nümayiş etdirir. “Partiyada ciddi müzakirələr gedir, amma ümumi işə zərbə vurmur və konflikt yaratmır. İctimai Palata çərçivəsində fəaliyyət göstərəndə partiya daxilində belə diskussiya gedirdi ki, dağılacaq. VHP-də müxtəlif düşüncəli insanlar var.

Prezident seçkilərində isə vahid cəbhə ilə bir yerdə seçkilərə getdik. İndi seçkidən sonrakı dövrdür. Manevrlər edirlər, Müsavat təkbaşına fəaliyyətə üstünlük verir və Milli Şuradan çəkildi, digərləri qurum daxilində fəaliyyət göstərir və onun gücləndirilməsi üçün çalışır.

Müxalifətin bir yerdə olması təkcə partiya iradəsindən asılı deyil, ictimaiyyətin münasibətindən asılıdır”-deyə VHP yetkinlisi bildirib.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm