Nida.az
Siyavuş Novruzov İsa Qəmbəri istefaya çağırdı
“Kim siyasəti peşə seçib, lazım olanda getməyi də bacarır, amma kim ki siyasətə gəlir mənbəyi kimi baxır, onlara getmək çətin olur”.
Bu barədə Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Publika.Az -a açıqlamasında deyib. Onun sözlərinə görə, Azərbaycanda belə təcrübələr olub: “Vaxtilə Etibar Məmmədov partiya sədrliyindən getdi. Partiya rəhbərlərinin hər biri belə addımı ata bilər.
Lakin bu onların düşüncəsindən irəli gələn məsələdir. Türkiyədə, ABŞ-da və dünyanın bir çox yerlərində şahidi olmuşuq ki, hansısa siyasətçi seçkidə məğlub olursa, növbəti seçkilərdə namizədliyini vermir, onu başqası əvəz edir.
Azərbaycanda isə bu problemli məsələyə çevrilib. Misal üçün, Müsavat Partiyasının rəhbəri ömrü boyu seçkiləri uduzub, lakin geri çəkilmək fikri yoxdur”.
S. Novruzov qeyd edib ki, Müsavat Partiyası 1993-cü ildə kommunistlərin dövründə seçkilərdə qalib gəlib: “O da Mütəllibovun siyahısı ilə. Lakin ondan sonra qatıldıqları bütün seçkilərdə məğlub olublar. Müsavat başqanının özü də uduzub, partiyası da.
Ona görə də hesab edirəm ki, getməyin vaxtıdır. Kənara çəkilib yerini digər insanlara verməlidir. Eləcə də digərləri bu addımı atmalıdır. Amma onlar partiyaya obyekt kimi baxırlar və öz iş yerləri hesab edirlər”.
Asif
-
MDB16:18
Rusiya ordusu Ukraynanın daha iki yaşayış məntəqəsini tutdu
-
Rəsmi xronika15:55
Prezidentlərin geniş tərkibdə görüşü oldu - Yeniləndi
-
Nida.az15:25
Prezidentin xanımı Bakıda dolma bükdü - FOTO
-
Kriminal14:53
Bakıda ər gözəllik salonunda arvadını öldürdü: “Düşündüm ki, başqası ilə...” - Şok təfərrüat
-
ABŞ14:23
Dəhşətli terror aktları olacaq: Amerikalı general hazırlıq görməyə çağırdı
-
Region13:53
Türkiyədə əcnəbilərə qarşı sərt tələb - Ərdoğana müraciət edildi
-
İdman13:28
Təbriz klubunu atıb qaçdı: Görün qızı başına nə oyun açdı - FOTOLAR
-
İdman12:43
Ronaldonun keçmiş sevgilisi pərəstişkarlarını dəli etdi - FOTOLAR