Nida.az
Hakimiyyət artıq bölünüb? - Kərimov sonrası üçün ŞOK SSENARİ
Özbəkistanın müstəqillik günü (1 sentyabr) ərəfəsində
prezident İslam Kərimov xəstəxanaya yerləşdirildi. Artıq ölkədə
yeni prezidentin kim olacağı müzakirə olunur. Ekspertlər bundan
sonra mümkün variantları şərh edir.
Publika.az xəbər verir ki, "Sputnik" agentliyi
Kərimovdan sonra Özbəkistanda hakimiyyətin təşkili haqda ssenarilər
gündəmə gətirib.
Kərimovun ölümü yaxınlaşır?
Əsas həqiqət budur ki, Kərimov ciddi xəstədir və bu, yalan
məlumat deyil. Çünki indiyə qədər onun xəstə olması haqda iddialar
ortaya atılsa da, iqtidar buna heç bir münasibət bildirmirdi. İndi
isə rəsmi Daşkənd açıq şəkildə Kərimovun xəstə olduğunu bildirdi.
Deməli, vəziyyət ciddidir.
Qanuna görə Kərimovun postunda kim
oturacaq?
Qüvvədə olan qanunvericiliyə görə, prezident öz səlahiyyətlərini
dövlət orqanlarına, yaxud vəzifəli şəxslərə verə bilmir.
Qanunvericiliyə görə, prezident ciddi şəkildə xəstədirsə, onun
səlahiyyətlərini Senatın Ali Məclisinin sədri icra edir. Deməli
Kərimovu müvəqqəti Senat sədri Niqmatillu Yuldaşeva
əvəzləyəcək.
Bu şəxs xalq arasında az tanınır və heç bir siyasi çəkiyə malik
deyil. Növbəti seçkilərin keçiriləcəyi üç ay ərzində rəhbərliyi bu
şəxs icra edəcək. MDB ölkələri üçün xarakterik olan təcrübədən
Özbəkistan yararlana bilməz. Yəni, seçkidə ən az 10 il Özbəkistanda
daimi yaşayan, yaşı 35 olan şəxslər namizəd ola bilməzlər. Çünki
"Özbəkistan respublikasının prezident seçkiləri haqqında" qanuna
görə, namizədlər yalnız Ədliyyə Nazirliyi tərəfindən qeydə alınmış
siyasi partiyalar tərəfindən seçki kampaniyasının başlanmasına 6 ay
qalmış irəli sürülə bilər. Lakin partiya təkcə öz üzvünü deyil, həm
də istənilən başqa şəxsin də namizədliyini verə bilər.
Kərimovu kim əvəzləyə bilər?
Əsas ehtimallar iki siyasi fiqurun üzərində cəmləşir. Onlardan
biri baş nazir Şövkət Mirziyoyev, digəri isə baş nazirin birinci
müavini, maliyyə naziri Rüstəm Əzimovdur.
Şövkət Mirziyoyev İslam Kərimovun ən yaxın
tərəfdarlarındandır. O, prezident olarsa, ölkənin birinci
prezidentinin maraqlarını müdafiə edəcək. Mirziyoyev Kərimovlar
ailəsinə sıx bağlılığı ilə də seçilir. Mirziyoyevin əlində böyük
siyasi resurslar cəmləşir.
Rüstəm Əzimovu isə tez-tez texnokratik adam
adlandırırlar. O, özbək hökumətinin maliyyə məsələsinə baxır,
həmçinin, beynəlxalq maliyyə strukturları və təşkilatları ilə
əlaqələr qurur. Hökumətdə çoxları onu İslam Kərimov tərəfindən
yaradılmış alternativ güc kimi qəbul edirlər. Hansı ki, nizamnaməyə
görə baş nazirin iştirak etməli olduğu bir çox beynəlxalq
tədbirlərdə Özbəkistanı o, təmsil edir. Əzimov praqmatik iqtisadçı
xarakterinə malikdir. Ekspertlərə görə, belə şəxs Mirziyoyevdən
fərqli olaraq Qərb üçün də əlverişlidir. Lakin Mirziyoyevdən fərqli
olaraq onun əlində daha az siyasi resurslar var.
Bir çox politoloq isə Kərimovun kiçik qızı Lola Kərimovanı da
oyuna daxil edir. Lakin Özbəkistanda belə namizəd haqda
ümumiyyətlə, danışmırlar. Çünki Lola siyasi təcrübəyə malik deyil.
Həmçinin, unutmaq lazım deyil ki, Özbəkistan Şərq ölkəsidir və
burada əhalinin əksəriyyəti qadının rəhbərliyini qəbul
etməyəcək.
Qeyd edək ki, Lola Kərimovanın özü də siyasi ambisiyalarının olmadığının açıqlamışdı. (http://publika.az/p/148184).
"Oyuncaq fiqur" ssenarisi
Digər bir versiya: gözləniləndir ki, Kərimovu
əvəzləyəcək adam ölkədə bütün klanların maraqlarını təmin edə
biləcək şəxs olsun. Bu, beynəlxalq səhnədə rəsmi şəxs kimi
göstərilən "oyuncaq fiqur" olacaq.
Politoloqlar düşünürlər ki, İslam Kərimovun səhhəti ətrafında
informasiya vakkumu əhalinin etirazına səbəb ola bilər. Çünki
insanlar indiyə qədər sakit yaşayıblar və buna görə Kərimova
minnətdardırlar. İndi onlar təşviş içindədir. Beləliklə, ölkədə
kütləvi etirazlar başlana bilər. Məhz belə etirazların olmaması
üçün ölkədə hakimiyyət keçidinin sakit olacağı hesab olunur. Ölkəni
idarə edən siyasi güclər nazir portfellərini bölüşdürəcəklər və
əvvəlki sistemi saxlayacaqlar. Sadəcə olaraq, velosipedə yenisi
minəcək.
Təbii ki, aylar sonra İslam Kərimovun televizora çıxaraq, hər
şeyin qaydasında olduğunu açıqlayacağı ehtimalı da hələ
qüvvədədir.
Asif
-
Hadisə17:20
Tovuzda sexdə partlayış: Xəsarət alanlar var - Yeniləndi
-
Sağlamlıq16:45
Qəhvə ömrü uzadırmış: gündə neçə fincan içmək lazımdır?
-
Sosial16:15
Elektrikli keçidin riskləri: Avtobus gecikəcək, interval böyüyəcək, küçələrdə qalacağıq
-
Dünya15:35
Rəsmən təsdiqləndi: Putin “Oreşnik”i bu ölkəyə yerləşdirəcək
-
Nida Xəbər 14:50
Türkiyə Xankəndidə Azərbaycanla birgə layihələr həyata keçirəcək
-
Dünya14:10
Dəməşq mühasirəyə alındı: bu kritik bölgə isə ələ keçirilir
-
Sosial14:02
Azərbaycanda gənc əsgərlərlə görüş qadağan edildi
-
Sosial13:20
Azərbaycanda bu mənzillər UCUZLAŞACAQ