Nida.az
Asəf Quliyevdən etiraf: “Elçibəy yolunu davam etdirə bilmədik”
“Millət sevgisinin, səmimiyyətin nəticəsi idi ki, xalq Elçibəyi
qəbul edirdi. Təəssüf ki, Elçibəy yolunu davam etdirə
bilmədik”.
Publika.Az xəbər verir ki, bu barədə “Xalq arzusu” hərəkatının təsisçisi, AXCP sədrinin keçmiş müavini Asəf Quliyev deyib. A. Quliyev bildirib ki, xalqa sahib çıxıb onu ağ günə çıxartmaq, xoşbəxt həyat bəxş etmək üçün öncə millət sevgisi və səmimiyyət əsas şərtdir: “Bunlara malik olmayanlar geniş xalq kütləsini yox müəyyən biri qrupu öz ətrafında toplaya bilər. Xalqın dəstəyini qazanmayan qüvvə nə qədər mübarizə aparsa da hədəfə çata bilməz”.
A. Quliyev AXCP-Müsavat arasındakı münaqişəyə toxunaraq qeyd edib ki, seçkidən sonra Milli Şura ətrafında baş verən hadisələr və son günlər iki aparıcı partiya üzvlərinin KİV və sosial şəbəkələrdə tənqiddən təhqirə keçməsi müxalif qüvvələr arasında siyasi krizin yarandığının göstəricisidir: “Ölkədə ağır sosial iqtisadi durumun olduğu, qiymətlərin artdığı bir dönəmdə hakimiyyətə qarşı sərt mövqe sərgilənməsi bir zamanında qarşılıqlı ittihamlar və təhqirlər çox üzücüdür. İki aparıcı partiya arasındakı münasibətlər cəmiyyətdə ümumi müxalifətə qarşı inamsızlığa, ümidsizliyə səbəb olur. Hamımızı bir sual düşündürür- nə baş verir? İndiki vəziyyətdən çıxış yolu nədir? Əslində son 20 ilə baxanda tarix təkrar olunur. 3-cü siyasi qüvvənin ortada olmaması siyasi qüvvələr arasında balans yarada bilmir”.
Hərəkat təsisçisi bildirib ki, son seçkilər də göstərdi ki, xalq hakimiyyətdən nə qədər narazı olsa da seçki inamsızlığı ucbatından siyasi proseslərə qoşulmur.
“Son günlər sosial şəbəkələrdə partiya üzvü olmayan insanların
partiyalar arası çəkişmələrə münasibətdə qınayıcı rolunda çıxış
etməsi müxalifətə də münasibətin göstəricisidir. Biz bu ölkənin bir
millətin övladıyıq. İstəsək də istəməsək də bir yerdə yaşamağa,
işləməyə məcburuq. Bu dövlətin, özümüzün, övladlarımızın, taleyi öz
əlimizdədir. Kimlərdənsə inciməklə, küsməklə, bezməklə, kənarda
durmaqla həyatımızla kimlərinsə oynamasına şərait yaratmayaq”-deyə
o diqqətə çatdırıb.
Asif
-
Rəsmi xronika12:50
İlham Əliyev bu sazişi təsdiqlədi
-
Rəsmi xronika12:31
Bu şəxslər cəzalandırılacaq
-
ABŞ12:08
ABŞ-da sensasion plan: Bayden namizədliyini geri götürür, Obama...
-
Sosial11:48
Bu şəxslərə 1380 manat ödəniş edilir
-
Magazin111:33
“Zaur ailəmi dağıdıb, onu güllələyəcəm” - Polis hərəkətə keçdi
-
Dünya11:06
Dollar ucuzlaşır, ruzigar türk lirəsinin xeyrinə əsir: Bütün gözlər bu hesabatda
-
Dünya10:36
Yeni qanun hazırlanır: qiymətləri süni şəkildə artıranlar bu qədər cərimələnəcək
-
Cənubi Qafqaz10:00
Azərbaycan və Ermənistan arasında bölünəcək bu kənddə ölçmə işləri başladı - FOTO/VİDEO