Erməni yalanlarını ifşa edən film nümayiş olundu – VİDEO/FOTOLAR
Bizi izləyin

Nida.az

Erməni yalanlarını ifşa edən film nümayiş olundu – VİDEO/FOTOLAR

Budapeştdə yerləşən Azərbaycanın Macarıstandakı səfirliyində "İctimaiyyətlə Əlaqələrin İnkişafına Kömək" İctimai Birliyinin sədri, Bakı Slavyan Universitetinin dosenti, tanınmış jurnalist və tədqiqatçı Şəlalə Həsənovanın müəllifi olduğu "Tarixi həqiqətlərin izi ilə" iki hissəli sənədli filminin təqdimat mərasimi keçirilib.

Publika.az xəbər verir ki, film gerb və erməni alimlərinə istinadlar, ilkin mənbələrin tədqiqi, zəngin arxiv mənbələri əsasında, Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə çəkilib.

"Tarixi həqiqətin izi ilə" adlı silsilədə birləşdirilən iki filmin birincisi "İlk xristian ölkəsinin izi ilə" adlanır və ermənilərin guya tarixdə ilk xristian dövləti olmaları barəsində mifi tutarlı arqument və faktlarla təkzib edir. Onların Cənubi Qafqaza, indi yaşadıqları və işğal etdikləri ərazilərə sonradan gəlmələri sübuta yetirilir.

"Yerəvanda azərbaycançılığın izi ilə" adlanan ikinci kinolentin saundtrekini bu film üçün xüsusi hazırlanmış "İrəvan" repi təşkil edir. Burada Ermənistanın indiki paytaxtı İrəvanın əsrlər boyu türk-Azərbaycan şəhəri olması, burada türk-İslam mədəniyyətinin sonralar ermənilər tərəfindən məhv edilən, yaxud tarixləri saxtalaşdırılan çoxsaylı abidələrin mövcudluğu barədə bəhs olunur.

Film ingilis və rus dillərində hazırlanıb, bu da maraqlı ekran əsərinin beynəlxalq miqyasa çıxarılmasını asanlaşdırır.

Təqdimat mərasimində Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev, Macarıstanın elm və mədəniyyət adamları, diplomatik korpusun nümayəndələri, diaspor üzvləri, macar və azərbaycanlı tələbələr iştirak ediblər.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm