Ərdoğan Putini pərt etdi: “Krımın ilhaqı...”
Bizi izləyin

Nida.az

Ərdoğan Putini pərt etdi: “Krımın ilhaqı...”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 71-ci sessiyası çərçivəsində ukraynalı həmkarı Pyotr Poroşenko ilə görüşüb.

Publika.az xəbər verir ki, bu haqda Ukrayna liderinin saytında bildirilir.

Görüşün gedişatında ikitərəfli münasibətlər, strateji əməkdaşlıq, həmçinin energetika və ticarət sahəsində əlaqələrin genişləndirilməsi müzakirə olunub.

Bundan başqa, Ərdoğan Poroşenkoya söz verib ki, Ankara müstəqillik və ərazi bütövlüyünün bərpası məsələsində Kiyevə dəstək göstərəcək. Türkiyə prezidenti həmçinin həmkarını əmin edib ki, Moskva ilə münasibətlərin normallaşması Krımın zəbt edilməsi və Krım tatarları ilə bağlı Ankaranın mövqeyini dəyişdirməyəcək.

Xatırladaq ki, dövlət başçıları arasında avqustun 20-də keçirilən telefon söhbətində də Türkiyə prezidenti Ankaranın Krımın Rusiyaya birləşdirilməsini tanımayacağını ifadə edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm