Bu məntəqədə seçicilərin 40 faizdən çoxu səs verdi
Bizi izləyin

Nida.az

Bu məntəqədə seçicilərin 40 faizdən çoxu səs verdi

Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərlə əlaqədar bu gün Azərbaycanda keçirilən ümumxalq səsverməsi (referendum) ilə bağlı ölkəmizin Qırğız Respublikasındakı səfirliyində yerli vaxtla saat 12:00-dək seçicilərin 40 faizi artıq səs verib.

Bu barədə Publika.az-a Azərbaycanın Qırğız Respublikasındakı səfirliyindən məlumat verilib.

Məlumata görə, səfirlikdə 16 saylı Yasamal üçüncü seçki dairəsinin tərkibində yaradılmış 33 saylı referendum məntəqəsində vətəndaşlarımızın sərbəst şəkildə səs vermələri üçün hər cür şərait yaradılıb.

Bişkekdə yaşayan və işləyən, səsvermə hüququ və konsulluq qeydiyyatında olan vətəndaşlarımızın siyahıları tutulub. Hətta Bişkekdə ezamiyyətdə olan vətəndaşlarımız da səfirliyə gəlib səs verirlər.

Həmçinin, beynəlxalq müşahidəçilər və Qırğızstanın kütləvi informasiya vasitələri səfirlikdə keçirilən ümumxalq səsverməsinə böyük maraq göstərirlər.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm