Referendum: Seçicilərin 63,6 faizi səs verib (YENİLƏNİB)
Bizi izləyin

Nida.az

Referendum: Seçicilərin 63,6 faizi səs verib (YENİLƏNİB)

Mərkəzi Seçki Komissiyası (MSK) Katibliyinin "Seçkilər" İnformasiya Mərkəzinin müdiri Fərid Orucov referendumla bağlı saat 17:00-a olan ölkə üzrə seçisi fəallığını açıqlayıb.

F.Orucov ölkə üzrə olan 5 min 627 seçki məntəqəsindən 5 min 623-nin hesabat verdiyini söyləyib. F.Orucov deyib ki, saat 17:00-a olan məlumata görə, 5 milyon 267 min 111 nəfər seçicinin 3 milyon 348 min 535 nəfəri səsvermədə iştirak edib ki, bu da ölkə üzrə seçicilərin 63,6 faizi deməkdir.

Beləliklə, seçicilərin 63,6 faizi saat 17:00-dək səsvermə hüququndan istifadə edib.

Ötən hesabat saatlarında olduğu kimi, saat 17:00-da da ölkə üzrə ən aktiv seçki dairələrinin siyahısına 14 saylı Xəzər seçki dairəsi liderlik edir. Bu dairə üzrə saat 17:00-dək seçicilərin 36 min 605 nəfəri və ya 74,14 faizi səs verib.

Ən passiv seçici fəallığı isə 17 saylı Yasamal üçüncü seçki dairəsində qeydə alınıb. Burada seçicilərin cəmi 20 min 263 nəfər seçicisi və ya 48,11 faizi səsvermədə iştirak edib.

***

15:32

Mərkəzi Seçki Komissiyası (MSK) Katibliyinin "Seçkilər" İnformasiya Mərkəzinin müdiri Fərid Orucov referendumla bağlı saat 15:00-a olan ölkə üzrə seçisi fəallığını açıqlayıb.

Publika.az xəbər verir ki, F.Orucov ölkə üzrə olan 5 min 627 seçki məntəqəsindən 5 min 620-nin hesabat verdiyini söyləyib.

F.Orucov deyib ki, saat 15:00-a olan məlumata görə, 2 milyon 833 min 64 nəfər səsvermədə iştirak edib ki, bu da ölkə üzrə seçicilərin 53,8 faizi deməkdir. Beləliklə, seçicilərin 53,8 faizi saat 15:00-dək səsvermə hüququndan istifadə edib. Bununla da Azərbaycanda referendum baş tutmuş sayılır.

Ötən hesabat saatlarında olduğu kimi, saat 15:00-da da ölkə üzrə ən aktiv seçki dairələrinin siyahısına 14 saylı Xəzər seçki dairəsi liderlik edir. Bu dairə üzrə saat 15:00-dək seçicilərin 33 min 198 nəfər və yaxud 67,24 faizi səs verib.

Ən passiv seçici fəallığı isə 17 saylı Yasamal üçüncü seçki dairəsində qeydə alınıb. Burada seçicilərin cəmi 15 min 181 nəfəri və ya 36,4 faizi referendumda iştirak edib.

***

12:32

Mərkəzi Seçki Komissiyası (MSK) Katibliyinin "Seçkilər" İnformasiya Mərkəzinin müdiri Fərid Orucov referendumla bağlı saat 12:00-a olan ölkə üzrə seçisi fəallığını açıqlayıb.

Publika.az xəbər verir ki, F.Orucov ölkə üzrə olan 5 min 627 seçki məntəqəsindən 5 min 604-nün hesabat verdiyini söyləyib.

F.Orucov deyib ki, saat 12:00-a olan məlumata görə, 1 milyon 613 min 879 nəfər səsvermədə iştirak edib ki, bu da ölkə üzrə seçicilərin 30,6 faizi deməkdir.

Beləliklə, seçicilərin 30,6 faizi saat 12:00-dək səsvermə hüququndan istifadə edib. Ötən hesabat saatında olduğu kimi, saat 12:00-da da ölkə üzrə ən aktiv seçki dairələrinin siyahısına 14 saylı Xəzər seçki dairəsinə liderlik edir. Bu dairə üzrə saat 12:00-dək seçicilərin 21 min 305 nəfər və yaxud 43,2 faizi səs verib.

***

10:40

Mərkəzi Seçki Komissiyası (MSK) Katibliyinin "Seçkilər" İnformasiya Mərkəzinin müdiri Fərid Orucov referendumla bağlı saat 10:00-a olan ölkə üzrə seçisi fəallığını açıqlayıb.

Publika.az xəbər verir ki, F.Orucov 5 min 627 seçki məntəqəsindən 5 min 591-nin hesabat verdiyini bildirib.

O deyib ki, saat 10:00-a olan məlumata görə, səs vermiş seçicilərin sayı 680 min 438 nəfər təşkil edir: "Saat 10:00-a olan məlumata görə, ölkə üzrə seçici fəallığı 12,9 faiz təşkil edib".

Saat 10:00-a olan məlumata görə, ölkə üzrə ən yüksək seçici fəallığı 14 saylı Xəzər seçki dairəsində qeydə alınıb. Hesabat saatınadək bu seçki dairəsi üzrə seçicilərin 19,6 faizi səsvermədə iştirak edib.

Bundan sonrakı yeri 18,1 faizlə 13 saylı Xəzər-Pirallahı seçki dairəsi tutur. Seçici fəallığının ən az qeydə alındığı seçki dairəsi 19 saylı Nərimanov birinci seçki dairəsidir ki, burada saat 10:00-dək səsvermə 6,9 faiz təşkil edib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm