Nida.az
“Göyçayda zavoda işə düzəlmək üçün mütləq nurçu olmalısan”- Hüquq müdafiəçisi
“Göyçayda nurçuların sayı kifayət qədərdir. Əhali demək olar ki, kütləvi şəkildə nurçuluğa meyl edir”.
Bu barədə Göyçaydan olan hüquq müdafiəçisi Vidadi İsgəndərli Publika.Az-a açıqlamasında deyib. Onun sözlərinə görə, nurçuluğa kütləvi meyl maliyyə ilə bağlıdır: “Çünki burda nurçuların bir neçə zavodu var. İnsanlar ora işə düzəlmək istəyir və əsas şərt olan nurçuluğu qəbul edir. Çoxları ürəklərində qəbul etməsələr də, iş üçün buna gedirlər və istər-istəməz onların dediklərini edirlər”.
Hüquq müdafiəçisi bildirib ki, nurçuların zavodlarına türk əsilli şəxslər rəhbərlik edir: “Yerli əhali isə aşağı vəzifələrdə işləyə bilərlər. Onların bir asfalt zavodu var, orda bütün işçilər Türkiyədən gələnlərdir. Göyçay çayındakı qumu, daşı çıxarıb aparırlar, düz Qəbələyə qədər çayı çirkləndiriblər. Fövqəladə Hallar Nazirliyi onları cərimələyib. Bir neçə karxana da bağlanıb. Hazırda bu zavodların fəaliyyəti ilə maraqlandıram və bununla bağlı müvafiq qurumlara müraciət edəcəm ki, tədbir görsünlər”.
Qeyd edək ki, Daxili İşlər Nazirliyi aprelin 11-də Göyçayda “nurçu” dini təriqətinin ardıcıllarına qarşı əməliyyat keçirib.
Təriqət üzvləri - Göyçay rayon sakinləri Şahin Həsənovun, İlham Həmidovun, Qəbələ rayon sakini Zəkəriyyə Məmmədovun dəvətləri əsasında Türkiyə vətəndaşları “Fırıncı abi” ləqəbli Gülec Mehmet Nuri, Koçoğlu Himmet Uyar Qadir, Uyar Mustafa Kemal, Karagözoğlu Nureddin, Ömer Güzəddəmirçi, həmçinin Bakı şəhər sakinləri Fəxrəddin Xanlayev, Yusif Dadaşov Z.Məmmədova məxsus Göyçay şəhəri Bakı küçəsindəki evdə Qəbələ, İsmayıllı, Ağdaş, Zaqatala və Ucar rayon sakinlərindən ibarət 60-70 nəfərlə toplantı keçiriblər.
Asif
-
Rəsmi xronika14:14
İlham Əliyev qanun imzaladı
-
ABŞ13:55
Seçkiqabağı sorğu: İkisindən biri 10 faiz öndədir
-
Dünya13:20
Peter Siyarto Makrona qarşı çıxdı
-
Sosial12:35
Əmlak bazarında “tilov effekti” - Yanvardan tətbiq olunan bu qərar insanları qorxuya salıb
-
Art12:06
Azərbaycan teatrının “sarı simi” – Onun gözlərinə baxa bilmirdim
-
Dünya11:20
İnauqurasiyadan sonra Putinin ilk xarici səfəri: Tarix açıqlandı
-
Magazin210:44
Məşhur aparıcı millət vəkili ilə evlənir - FOTO
-
İqtisadi gündəm10:22
Azərbaycandan toyuq əti bu ölkələrə göndərilə bilər: Bahalaşacaq