Nida.az
“Məmur övladlarını həvəsləndirməliyik ki, atalarını ifşa etsinlər”
"Harınlıq edən məmur övladlarını həvəsləndirmək lazımdır ki, daha çox yarışa çıxsınlar, maşınlarının, evlərini daha çox nümayiş etdirsinlər və öz atalarını ifşa etsinlər".
Bu barədə millət vəkili Fazil Mustafa Publika.Az-a açıqlamasında
son günlər bir sıra məmur və deputat övladlarının Bakı küçələrində
göstərdikləri "maşın şousu"na münasibət bildirərkən deyib. Millət
vəkili qeyd edib ki, Azərbaycanda məmurların rotasiyası baş vermir:
"Bir məmur uzun illər eyni vəzifədə qalır, nə qədər harınlıq etsə
də işdən çıxmır.
Amma son dövrlər bir neçə məmurun cəzalandırılmasına səbəb
övladlarının harınlığı oldu. Onları ifşa edən öz övladlarıdır. Məhz
övladlarının bu hərəkətləri onların valideynlərinin cəzalanmasına
səbəb oldu. Buna görə də, bu məmur övladlarına şərait
yaradılmalıdır ki, bilmədiyimiz məsələləri də gündəmə gətirsinlər.
Nəticədə dövlətin əmlakını talayan məmurlar heç olmasa vəzifələrini
itirsinlər ki, cəmiyyətə təsəlli olsun".
Asif
-
Magazin202:00
Məşhur reper öpüşmə səhnəsinə görə sevgilisini tərk etdi
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...
-
Region1 May 20:40
"Xarici agentlər haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edildi