Qarabağ bu il qaytarılacaqdı, lakin... – Kremlin "sözçüsü"
Bizi izləyin

Nida.az

Qarabağ bu il qaytarılacaqdı, lakin... – Kremlin "sözçüsü"

“Bu il Qarabağ münaqişəsinin həllində böyük irəliləyiş əldə oluna bilərdi”.

"Bu il Qarabağ münaqişəsinin həllində böyük irəliləyiş əldə oluna bilərdi".

Publika.az
xəbər verir ki, bu barədə Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktoru, Kremlə yaxınlığı ilə tanınan politoloq Sergey Markov deyib.

Onun sözlərinə görə, "Kazan düsturu" əsasında işğal altındakı ərazilərin bir qismi qaytarılacaqdı: "Əvəzində Ermənistan blokadadan çıxacaqdı. Lakin təəssüf ki, bu baş tutmadı".

Rusiyalı politoloq Azərbaycan Ordusunun güclənməsindən də danışıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Qeyd edək ki, "Kazan düsturu" 2011-ci ildə Rusiyanın keçmiş prezidenti Dmitri Medvedev tərəfindən irəli sürülüb. Bu plana əsasən işğal altındakı rayonlar qaytarılır, Qarabağın statusu məsələsi həll olunur. Əvəzində, Ermənistan blokadadan çıxır. İyunun 20-də Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə keçirilən prezidentlərin Sankt-Peterburq görüşündə də bu istiqamətində ciddi razılıqların olduğu deyilirdi. Lakin hazırda danışıqlar prosesi dalana dirənib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm