Nida.az
Əfqanıstanlı nazirlər Şahin Mustafayevlə görüşdü - FOTO
İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Bakıda keçirilən VII Xəzər neft-qaz ticarət-nəqliyyat konfransında iştirak etmək məqsədilə Azərbaycanda səfərdə olan Əfqanıstan İslam Respublikasının iqtisadiyyat naziri Abdul Hadi Arxandival və bu ölkənin ticarət və sənaye naziri Şaker Kargar ilə görüşüb.
İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, görüşdə Ş.Mustafayev Azərbaycan və Əfqanıstan arasında əməkdaşlığın qarşılıqlı hörmət və faydalı əməkdaşlıq prinsipləri üzərində qurulduğunu diqqətə çatdırıb, əməkdaşlığın inkişafında keçirilən görüşlərin, aparılan danışıqların xüsusi əhəmiyyətini vurğulayıb: "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Əfqanıstan ölkəmizin haqlı mövqeyini daim dəstəkləyir. Azərbaycan və Əfqanıstan arasında iqtisadi əlaqələrin gensişləndirilməsi üçün böyük imkanlar var və bu potensialın reallaşdırılması üçün müqavilə-hüquqi baza yaradılmalı, sərmayələrin təşviqi və qarşılıqlı qorunmasına dair saziş imzalanmalıdır. Ticarət sahəsində də iki ölkə arasında əlaqələr genişlənir".
Mümkün əməkdaşlıq istiqamətləri barədə məlumat verən Ş.Mustafayev təhsil, səhiyyə, neft-qaz, eləcə də sahibkarların maarifləndirilməsi sahəsində Azərbaycanın geniş təcrübəyə malik olduğunu və bu sahələrdə ölkəmizin Əfqanıstana dəstək ola biləcəyini diqqətə çatdırıb.
Görüşdə Azərbaycan iqtisadiyyatı barədə məlumat verilib, ölkəmizin regionun siyasi, iqtisadi və mədəni mərkəzi olduğu, Azərbaycanda siyasi və makroiqtisadi sabitliyin təmin edildiyi bildirilib.
Əfqanıstanlı nazirlər Azərbaycana səfərlərindən məmnunluqlarını ifadə edib, ölkəmizin qısa müddətdə böyük iqtisadi uğurlar qazandığını xüsusi vurğulayıb, əldə olunmuş nailiyyətləri yüksək qiymətləndiriblər. Qonaqlar Əfqanıstanın dinamik inkişaf edən Azərbaycanla əməkdaşlığın, iqtisadi əlaqələrin genişləndirilməsində maraqlı olduğunu diqqətə çatdırıblar.
Ölkələrinin təbii resurslarla zəngin
olduğunu qeyd edən əfqanıstanlı nazirlər bu sahənin inkişafında
Azərbaycanın təcrübəsinin öyrənilməsində maraqlı olduqlarını
vurğulayıb, iş adamlarının iştirakı ilə biznes forumun
keçirilməsinin iki ölkə arasında iqtisadi əlaqələrin inkişafında
əhəmiyyətli olacağını qeyd ediblər.
Onlar Azərbaycanın iqtisadiyyat və sənaye nazirini ölkələrinə dəvət
ediblər.
-
Hadisə00:45
Bakıda DƏHŞƏT: toydan sonra iki nəfər faciəvi şəkildə ÖLDÜ - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: romantik qarşılaşma ola bilər
-
Magazin15 May 23:48
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
-
Sosial5 May 23:12
Yol polisindən gələn zəng onları dəhşətə gətirdi: "Maşın vurub öldürdü" - VİDEO
-
Sosial5 May 22:25
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
-
Magazin15 May 22:00
Ədalət Şükürovun qızının toyundan GÖRÜNTÜLƏR - VİDEO
-
Sosial5 May 21:48
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - FOTO
-
Magazin25 May 21:24
Cennifer Lopez ictimaiyyət qarşısına elə libasda çıxdı ki... - FOTO/VİDEO