Nida.az
Ordumuz işğaldakı ərazilərin üçdə bir hissəsinə nəzarəti ələ alıb - İRƏVAN ETİRAF ETDİ
Azərbaycan Ordusu işğal altındakı Qarabağ ətrafı
rayonların 1/3 hissəsinə nəzarəti ələ alıb.
Publika.az xəbər verir ki, erməni rəsmilər bunu
istəməyərək olsa da, etiraf ediblər.
Hər şey apreldə "dördgünlük müharibə" zamanı Talış kəndini tərk
edən ermənilərin hələ də geri qayıtmaması məsələsinin müzakirəsi
zamanı ortaya çıxıb.
Qeyd edək ki, işğal altındakı Talış kəndi və ətraf bölgələr
Azərbaycan Ordusunun nəzarəti altındadır. Ordumuz buna "dördgünlük
müharibə" zamanı işğaldan azad etdiyi yüksəkliklər hesabına nail
olub. Hazırda Ordumuzun əlində olan yüksəliklər 10 kilometrlərlə
əraziyə nəzarət etmək imkanı verir. Ermənilərin geri qayıtmaq
istəməməsinin səbəbi də budur.
Erməni rəsmilərin dedikləri isə orduzumun nəzarətində olan
ərazilərin daha çox olduğunu deməyə əsas verir.
Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov Talış
kəndini tərk etmiş ermənilərə səslənərək, onları geri qayıtmağa
çağırıb.
Daha sonra o, Azərbaycan Ordusunun daha çox əraziyə nəzarəti ələ
aldığını da dolayısı ilə etitaf edib.
"Əgər düşünürüksə ki, Azərbaycan əsgərlərinin nəzarəti
altında olduğuna görə, o ərazilərə qayıtmamalıyıq, o zaman, digər
əraziləri də tərk etməliyik. Çünki onlar (Azərbaycan əsgərləri -
red) ərazilərin 1/3 hissəsinə nəzarət edir. O zaman nəzarət
altındakı digər ərazilərdə də məskunlaşmaq doğru deyil. Hesab
edirəm ki, biz belə düşünməməliyik və insanlar geri
qayıtmalıdır", - deyə o, vurğulayıb.
E. Şarmazanov geri qayıdanlara pul veriləcəyi vədini də verib.
Ermənistanın "lragir" saytı isə yazır ki, aprel müharibəsində qaçan
ermənilərin yarısı Xankəndində, yarısı da İrəvanda yaşayır.
Sayt əlavə edib ki, məsələ onların geri qayıdıb-qayıtmaması yox,
Ermənistanın aprel müharibəsində dəyişən sərhədlərlə artıq
razılaşmasıdır: "Serj Sarkisyan Sankt-Peterburq görüşündən sonra
mülki geyimdə dəyişmiş sərhədlərə baxış keçirdi. Əslində, onun
mülki formada olması yeni reallığı qəbul etməsi idi".
Asif
-
Region09:20
Tavuşda etiraz başladı: Ermənilər İrəvan-Tbilisi yolunu bağladılar
-
Ekopublika.az08:35
Azərbaycanda yumurta kəskin ucuzlaşdı - SƏBƏB
-
Nida Xəbər 07:50
Blinken Azərbaycanın kəndlərinin qaytarılması ilə bağlı razılaşmanı alqışladı
-
Magazin107:25
Azərbaycanlı aktrisa əzələlərini nümayiş etdirdi - FOTOLAR
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır