Deputat: “PKK Türkiyəni parçalamağı özünə əsas hədəf seçib”
Bizi izləyin

Nida.az

Deputat: “PKK Türkiyəni parçalamağı özünə əsas hədəf seçib”

Çünki bu, Türkiyə dövlətinin öz təhlükəsizliyini qorumaq üçün atdığı addımlardan biridir.

"PKK birmənalı olaraq Türkiyəni daxildən parçalamağı özünə əsas hədəf seçib. Çox təəssüf ki, Türkiyə Parlamentində də PKK terrorçularının əməllərini açıq dəstəkləyən deputatlar təmsil olunur".

Bu fikirləri Publika.az-a açıqlamasında Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədr müavini, Milli Məclisin deputatı Fəzail İbrahimli Türkiyədə PKK-nı dəstəkləyən Xalqların Demokratik Partiyasının (HDP) üzvü olan 11 deputatın həbsinə münasibət bildirərkən deyib.

F.İbrahimli qeyd edib ki, bu adamlar indi Türkiyə dövlətinin PKK terrorçularına qarşı həyata keçirdiyi əməliyyatlara qarşı çıxır: "Deməli, bu deputatların özləri də PKK tərəfdarlarıdır. Qərb dövlətləri isə nədənsə buna göz yumurlar. Türkiyə dövlətinin atdığı bu addıma pis baxmıram. Çünki bu, Türkiyə dövlətinin öz təhlükəsizliyini qorumaq üçün atdığı addımlardan biridir. Bu məsələyə Qərbin münasibəti isə qondarma "erməni soyqırımı" məsələsinə olan münasibətlə eynidir. 1915-ci ildə ermənilər Osmanlı dövlətinə və xalqına xəyanət etmişdi. Osmanlı İmperiyası da müvafiq tədbirlər görərək, onları köçürtmə siyasəti həyata keçirmişdi. Çünki ermənilər Osmanlı ərazisində dinc yaşaya-yaşaya, bu dövlətin məğlub olmasını istəyirdi və daxildən təxribatlar yaradardı. Əgər ermənilər bunu hər hansı Qərbi Avropa və Amerika dövlətlərinə etsəydi, o zaman həmin ermənilər yelə yeksan olunardı. Ancaq Osmanlı İmperiyası ermənilərlə sivil formada davranıb. Hətta, Osmanlı İmperiyası müharibə bitəndən sonra həmin ermənilərin əmlakını özlərini qaytarmışdı. İndi isə həmin siyasətin davamını PKK üzvləri və tərəfdarları Türkiyə dövlətinə qarşı həyata keçirməyə çalışır. Qərb isə bu separatçıları açıq şəkildə dəstəkləyir".

Deputat qeyd edib ki, vaxtilə Osmanlı İmperiyasına qarşı xəyanət edən erməni separatçılarının kökündən gələn adamlar indi də adlarını, soyadlarını dəyişdirib kürd olublar: "Türkiyə necə qəddar dövlətdir ki, həmin PKK tərəfdarlarını parlamentinə buraxıb? Məgər Qərb dövlətlərini bunu edə bilərmi? Əlbəttə ki, etməz. Həmin PKK üzvləri Qərbin dəstəyi ilə separatçılıq siyasəti aparırlar, Türkiyə Böyük Millət Məclisində (TBMM) təmsil olunurlar.

Bütün bunların günahı Türkiyə dövlətinin keçmişdə buraxdığı səhvlərdir. Ötən əsrdə Osmanlı İmperiyasına qarşı xəyanət edən erməni separatçılarının kökündən gələn adamlar indi də adlarını, soyadlarını dəyişdirib kürd olublar. Bu gün Türkiyədə əsli, kökü erməni olan, ancaq sonradan ad və soyadını dəyişən xeyli sayda insanlar var".

Xatırladaq ki, Türkiyədə toxunulmazlıq hüququnun ləğvi barədə Konstitusiyaya düzəliş qüvvəyə mindikdən sonra cinayət törətməkdə ittiham olunan, bu səbəbdən dindirilmələri üçün məhkəməyə çağırılan və gəlməyən Xalqların Demokratik Partiyasının (HDP) 12 deputatının həbsi barədə qərar icra olunub. Proses çərçivəsində HDP həmsədri Figen Yüksəkdağ Şenoğlu Ankarada, partiyanın digər həmsədri Səlahəddin Dəmirtaş isə Diyarbəkirdə saxlanılıb.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm