HDP və Türkiyənin qara günü, Putindən 10 saatlıq... – GÜNÜN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida.az

HDP və Türkiyənin qara günü, Putindən 10 saatlıq... – GÜNÜN SİYASİ XÜLASƏSİ

Ötən gecə Türkiyədə Xalqların Demokratik Partiyasının (HDP) 11 deputatının saxlanılması barədə qərar icra olunub.

Heç şübhəsiz ki, Türkiyədə Xalqların Demokratik Partiyasına (HDP) qarşı keçirilən əməliyyat günə damğasını vurdu. HDP-li millət vəkillərinin saxlanılmasından dərhal sonra isə Diyabəkr vilayətində terror aktı törədildi. Mosul əməliyyatında İraq ordusu böyük uğur əldə edib. Suriyada Rusiya tərəfindən elan edilən 10 saatlıq humanitar pauza başa çatdı.

Ötən gecə Türkiyədə Xalqların Demokratik Partiyasının (HDP) 11 deputatının saxlanılması barədə qərar icra olunub. Ferhat Encü, Leyla Birlik, Selma Irmak, Abdullah Zeydan, Səlahaddin Dəmirtaş, İdris Baluken, Figen Yüksəkdağ Şenoğlu, Sırrı Sürəyya Öndər, Ziya Pir, Gülsər Yıldırım və Nursel Aydoğan saxlanılıb. Bunlardan Ziya Pir ifadəsi alındıqdan sonra sərbəst buraxılıb.

Məhkəmə millət vəkili İdris Baluken, Nursel Aydoğan və Leyla Birlik, həmçinin HDP-nin həmsədrləri Səlahəddin Demirtaş və Figen Yüksekdağ barəsində həbs qərarı çıxarıb.

Müəyyən edilib ki, haqqında saxlanılma əmri olan Faysal Saryıldız və Tuba Xəzər Oztürk ölkə xaricindədirlər.

Türkiyə hökuməti beynəlxalq media üçün verdiyi bəyanatında HDP-li millət vəkillərinin ifadə vermək üçün məhkəməyə gəlmədiyi üçün saxlanıldıqları bildirilib. Deputatların toxunulmazlıq hüququnun ləğvini nəzərdə tutan Konstitusiya düzəlişi parlamentin 376 deputatı tərəfindən təsdiq edilib və referendum keçirilmədən may ayında qəbul olunub.

Türkiyədə HDP-li millət vəkillərinin saxlanılmasından sonra Ankara, İstanbul və Antalyada etirazlar aksiyaları keçirilib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Avropa Birliyi ölkələrinin Türkiyədəki səfirləri Ankarada fövqəladə toplantı keçirmək qərarını verib.

Kılıçdaroğludan ŞOK İTTİHAM: "Mafiya üsulları ilə..."

Türkiyə Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunun sözlərinə görə, HDP-li millət vəkillərinə qarşı əməliyyat prezident idarəçiliyininin infrastrukturunun yaradılması üçün keçirilib.

"Seçki ilə gələnlər seçki ilə getməlidir. Seçki ilə gələnləri mafiya üsulları ilə susduracağam" deyirsinizsə, ölkəyə sülhü əsla gətirə bilməzsiniz. Ağcaqanadlarla məşğul olmaq əvəzinə bataqlığı qurutmaq lazımdır. "Mosula, Rakkaya gedəcəyik" deyirlər. Yaxşı gedin, bir sual vermək istəyirəm. Burnunuzun dibində Qəndil var, niyə bir şey etmirsiniz? Çox açıq və dəqiq söyləyirəm. Türkiyə yaxşı idarə olunmur. Əyləci sıradan çıxan yük maşını kimi aşağı gedirik. Hara getdiyimizi kimsə bilmir". - deyə Kamal Kılıçdaroğlu bildirib.

HDP-lilərin həbsi ilə əlaqədar olaraq kürd lider Cəlal Təlabaninin Kürdüstan Yurdsevərlər Partiyası bəyanat yayıb. Partiya Türkiyənin beynəlxalq təzyiqlərə məruz qalacağını və bununla yeni bir çevrilişə zəmin hazırladığını bildirib: "Həbs edilən partiya üzvləri sərbəst buraxılmalıdır. Üstəlik, Türkiyə təcili olaraq PKK ilə sülh görüşlərinə yenidən qayıtmalıdır".

Bu gün səhər saatlarında Türkiyənin Diyarbəkr vilayətinin Bağlar rayonunda polis idarəsinin qarşısında terror aktı törədilib. Binanın girişində partlayıcı qurğu yerləşdirilmiş avtomobil partladılıb.

Türkiyənin baş nazir Binəli Yıldırım terror aktında 2-si polis olmaqla 8 nəfərin şəhid olduğunu, 100-dən çox insanın yaralandığını deyib. Bir terrorçu ölü ələ keçirilib.

Diyarbəkr valiliyindən verilən açıqlamaya görə, terror aktına görə məsuliyyəti PKK terror təşkilatı üzərinə götürüb.

Mosul əməliyyatı

İraq ordusu Mosul şəhərinin şərq hissəsində altı rayonu İŞİD terror qruplaşmasından azad edib. Buhaqda İraq ordusunun generalı Abdulamir Yaralla bildirib.

Mosulun İŞİD-dən azad edilməsi üçün hərbi əməliyyat oktyabrın 17-də başlanıb. Əməliyyatda İraq hərbçiləri və polis gücləri, peşmərgə qüvvələri və ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələri iştirak edir.

İran Könüllülər Təşkilatının ("Bəsic") sədri Məhəmmədrza Nəqdi ABŞ bölgədə ikibaşlı oyun oynadığını bildirib.Onun sözlərinə görə,Mosul məsələsində əsas problem Amerikanın xəyanətidir".

O, bildirib ki, Mosul mübarizəsinin nəticəsi çox aydındır və İŞİD məğlub olacaq, lakin bu gün orada əsas problem Amerikanın xəyanətidir: "Amerika Mosul məsələsində ikibaşlı oyun oynayır. Bir tərəfdən deyir ki, terrorçular və İŞİD-lə mübarizə aparır, bununla da aniterror qüvvələrinin arasına sızıb, onların məlumatlarını əldə edir. Digər tərəfdən isə, bu məlumatları terrorçuları təşkilatlandıran və dəstəkləyən bəzi bölgə ölkələrinə ötürür".

M. Nəqdi qeyd edib ki, İŞİD bu gün Səddamı əvəz edir: "Amerika onu yaradıb, çünki Səddamdan sonra İslam ümmətinin şərq cəbhəsi Fələstin sərhədlərinə çatırdı, İŞİD əslində ona görə yarandı ki, İslam ümmətinin şərq cəbhəsi Fələstinə çatmasın. Düşünürəm ki, bu düşüncə və plan məğlubiyyətə uğrayacaq".

M. Nəqdinin sözlərinə görə, Mosulda iraqlılar qəhrəmancasına vuruşur və İŞİD-i məğlub edəcəklər.

Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova da ABŞ-ın ünvanına sərt ittihamlar səsləndirib. Mariya Zaxarova ABŞ hökumətinin terrorçularla əməkdaşlığa son qoymalı olduğunu bildirib: "Amerikalı həmkarlarımız anlamalıdırlar ki, terror ilan kimidir, arxanı çevirdiyin an səni sanca bilər. Onunla oynamaq olmaz".

ABŞ-ın "Ən-Nüsra" Cəbhəsi terror təşkilatını dəstəklədiyini iddia edən Rusiya rəsmisi Vaşinqtonun bu cür oyunları ilə ilk dəfə qarşı-qarşıya gəlmədiklərini deyib.

ABŞ rejimlərin devrilməsi təcrübəsindən imtina edəcək – VƏD

Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Tramp başqa ölkələrdə rejimlərin devrilməsi təcrübəsindən imtina edəcəyinə söz verib.

Respublikaçı namizəd Şimali Karolina ştatında tərəfdarları qarşısında çıxışında deyib. Milyarder söz verib ki, prezident seçiləcəyi halda başqa dövlətlərdə rejimləri devirməyəcək. Onun sözlərinə görə, yalnız ABŞ-ın milli təhlükəsizliyinin maraqları üçün həyati əhəmiyyət daşıdığı halda silahlı qüvvələri cəlb etmək lazımdır.

"Biz xaricdə demokratiya qurmağa və rejimləri devirməyə çalışmayacağıq. Bunun əvəzinə, Amerikanın təhlükəsizliyinə, İŞİD-in məhv edilməsinə və radikal islam terrorizminin üzərində qələbəyə diqqətimizi ayırmalıyıq", - respublikaçı vurğulayıb.

İsrailin baş naziri Benyamin Netanyahunun 2015-ci ildə ABŞ əleyhinə söylədiyi qalmaqallı çıxışları ortaya çıxıb. İsrailin "Haaretz" qəzetinin məlumatında deyilir ki, Benyamin Netanyahu 2015-ci il martın 17-də israilli bir jurnalistə zəng edərək, ona ABŞ əleyhinə fikirlər bildirib:

"Daha sonra Benyamin Netanyahu deyib ki, İsrail tarixində heç zaman bu qədər xalqın iradəsinə qarşı müdaxilə olmayıb. Seçkilərdə şanslarımı itirmək üzrəyəm. Barak Obamanın mənə qarşı münasibətləri normal deyil, bizə təzyiqlər olunur. Görünən odur ki, ABŞ məni devirmək istəyir. Çünki mən açıq şəkildə ABŞ-ın Fələstini dövlət kimi tanımasına və əməkdaşlıq qurması siyasətinə etiraz etmişəm", - deyə Netanyahu deyib.

ABŞ prezidenti Barak Obama 1979-cu ildən İrana tətbiq edilən sanksiyaların müddətini daha bir il uzadılmasına dair qərar verib. Prezident İranla münasibətlərin hələlik normal həddə çatmadığını deyib.

"Bu səbəbdən 1979-cu il noyabrın 14-də elan olunmuş sanksiyalar rejimi 2016-cı ilin noyabrın 14-dən sonra da davam etdirilməlidir. Bununla əlaqədar İrana qarşı sanksiyaların müddətini uzatmağa qərar vermişəm", - deyə dövlət başçısı bildirib.

Suriya cəbhəsi

Bu gün səhər yerli vaxtla saat 9-da Suriyanın Hələb şəhərində 10 saat humanitar fasilə başlayıb.Fasilə Rusiya prezidenti Vladimir Putinin tapşırığı ilə elan edilib və saat 19:00-dək davam edib.

Humanitar fasilə dinc sakinlərin, o cümlədən xəstə və yaralıların təxliyyəsi, eləcə də istəyəcəkləri təqdirdə yaraqlıların könüllü təslim olması üçün nəzərdə tutulub.

Rusiya və İranla dialoqa girmədən Suriya böhranını həll etmək olmaz. Bunu prezident seçkisindən öncə təşkil edən debatda çıxış edən Fransa Prezidenti Nikola Sarkozi söyləyib.

Onun sözlərinə görə, Yaxın Şərqdəki problemlərin həllini Rusiya və İransız görən şəxslərin heç birinin beynəlxalq siyasətdən anlayışı yoxdur: "Fransa mütləq Rusiya, İran və Səudiyyə Ərəbistanı ilə dialoqa başlamalıdır. Bunsuz nəticə əldə edilməyəcək".

İnternetdə isə Suriyada Rusiya helikopterinin vurulmasının görüntüləri yayılıb. Material qaynar nöqtələr üzrə ixtisaslaşan "WarNews24_7" adlı "Twitter" hesabında noyabrın 4-də yerləşdirilib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm